Sumqayıtda dənizdən 2 meyit tapılıb.
Avesta APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.
Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir.
Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.