28-01-2026, 10:48 213

Sevgilisini videoları ilə şantaj edib pulunu alan şəxs barəsində bəraət qərarı ləğv olundu

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Kərim Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

AVESTA.AZ Pravda.az-a istinadən xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxsin (mülki iddiaçı) apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qismən, yəni təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv olunub. Kərim Kərimov CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsdən (mülki cavabdeh) 10 000 manat pul və mülki iddia verməyə görə ödənilmiş 120 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçı) ödənilməsi qərara alınıb.

Qeyd edək ki, ibtidai istintaq orqanı tərəfindən Kərim Kərimova qarşı ittiham ona görə irəli sürülüb ki, o, qeyri-rəsmi nikah münasibətində olduğu zərərçəkmiş Samirə Hacızadənin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək anasının xəstəliyi səbəbindən pula ehtiyacı olduğunu bildirib. Təqsirləndirilən şəxs sonradan qaytarmaq vədi ilə 2022-ci ilin may ayında 5 000 manat, iyun ayında isə daha 5 000 manat olmaqla, ümumilikdə 10 000 manat pulu qadından aldadaraq ələ keçirib.

Bundan əlavə, ittihama görə, Kərim 2022-ci ilin avqust və sentyabr aylarında Samirə ilə Yeni Günəşli yaşayış massivində yerləşən hoteldə çəkilmiş intim videoları yaymaqla hədələyərək, 5 000 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyalarını hədə-qorxu yolu ilə ələ keçirib.

Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırması zamanı təqdim olunan sübutlar əsasında həmin ittihamların təsdiqini tapmadığı qənaətinə gəlinib. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmaması, 182.2.2 və 182.2.4-cü (təkrarən və xeyli miqdarda əmlak əldə etməklə hədə-qorxu ilə tələb etmə) maddələri üzrə isə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib. O, məhkəmə iclas zalında dərhal azad olunub.

Bununla belə, çıxarılmış hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsi isə apellyasiya şikayəti veriblər.

Paylaş

Xəbər lenti

Bakıda sürücülər üçün 40 manatlıq "tələ" Dünən, 23:48 ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq Dünən, 23:48 Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların fotosu Dünən, 23:48 Akif Əyyubov vəfat etdi Dünən, 23:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib? Dünən, 23:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Ərinc kəndinin tarixi araşdırılıb Dünən, 22:48 Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb Dünən, 22:48 Toydan çıxan Vətən müharibəsi qazisini ürəyindən bıçaqlayıb öldürdülər Dünən, 22:48 Bakıda 18 saylı avtobusda qalmaqal: Sərnişinlər yıxıldı, sürücü isə kobudluq etdi Dünən, 22:48 Cəlilabadda 10 hektar ərazi yandı Dünən, 22:48 Səfir: Niderland XİN başçısının Bakıya səfəri zamanı əməkdaşlığa dair "Yol xəritəsi" qəbul ediləcək Dünən, 21:48 Ustanın işlədiyi evdə meyiti tapıldı Dünən, 21:48 Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi Dünən, 21:48 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı Dünən, 21:48 SOCAR-dan Şimal bölgəsində yanacaq verilişinin dayandırılması iddialarına cavab Dünən, 21:48 Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var Dünən, 20:48 Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib Dünən, 20:48 Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər Dünən, 19:48 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı Dünən, 19:48 Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu Dünən, 19:48 Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu Dünən, 19:48 Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib Dünən, 18:48 Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə 960 min mina basdırdığı iddia olunur Dünən, 18:48 Tennis və padel icması ilə növbəti görüş keçiriləcək Dünən, 18:48 4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib Dünən, 18:48 Qazaxda TIR yandı Dünən, 18:48 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı Dünən, 18:48 Sahibkarların nəzərinə: Yerli mallar üçün yeni qayda təsdiqləndi Dünən, 18:48 Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? Dünən, 17:48 Ələt-Astara yolunun yanında ərazi yanır Dünən, 17:48 Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi Dünən, 17:48 Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini yoxlayıb Dünən, 17:48 Masazırda məktəblilər bir-bir pəncərədən tullanıb dərsdən qaçdılar – ANBAAN VİDEO Dünən, 17:48 Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var Dünən, 17:48 Əli Kərimli və müavininin məhkəmə iclasının vaxtı açıqlandı Dünən, 17:48 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb Dünən, 17:48 "Trabzonspor"un qapıçısı Andre Onana ağır qəzaya düşərək xəstəxanaya yerləşdirilib Dünən, 17:48 MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək Dünən, 16:49 Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb Dünən, 16:49 Xankəndidə Azərbaycan-BMT yüksək səviyyəli dialoqu keçirilib Dünən, 16:49 XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq Dünən, 16:49 Azərbaycanlıların da olduğu gəminin Qara dənizdə vurulmasına beynəlxalq reaksiya Dünən, 16:48 Əli Kərimlinin işi məhkəməyə göndərildi Dünən, 16:48 Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib Dünən, 16:48 Türkiyədə daş kömür mədənindəki partlayışda 3 nəfər öldü Dünən, 16:48 Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib Dünən, 16:48 Göyçayda evlərdən 24 min manat oğurlanıb Dünən, 16:48 Müntəzəm fiziki aktivlik qadınlarda bu xəstəliyi ləngidə bilər Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR