
Filippində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Avro-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ Filippinin Mindanao adasında baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 09:47-də, yerin 35 kilometr dərinliyində qeydə alınıb.
Hazırda zəlzələ nəticəsində dağıntı və ya tələfat barədə rəsmi məlumat açıqlanmayıb.
Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.