
"Qarabağ" tarixində daha bir motivasiya dolu Çempionlar Liqası səhifəsi açılır.
AVESTA.AZ-in məlumatına görə, klub rəhbərliyi komandanın pley-off mərhələsinə vəsiqə qazanacağı təqdirdə futbolçular üçün ciddi maliyyə təşviqi müəyyənləşdirib.
"Ayntraxt"la həlledici qarşılaşma öncəsi verilən vədə əsasən, "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsində 10 xal toplayaraq pley-off-a yüksələrsə, əsas heyət futbolçularının hər birinə 200 min manat məbləğində mükafat təqdim olunacaq.
Mükafat sistemi yalnız start heyətlə məhdudlaşmır. Klub rəhbərliyi futbolçuların oyundakı rolunu nəzərə alaraq fərqli məbləğlər müəyyənləşdirib:
Bu qərarla "Qarabağ" rəhbərliyi həm kollektiv ruhu qorumağı, həm də həlledici matçlar öncəsi futbolçuların motivasiyasını maksimum səviyyəyə çatdırmağı hədəfləyir. Pley-off bileti bu dəfə təkcə tarix deyil, həm də ciddi maliyyə dəyəri deməkdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.