30-01-2026, 10:48 261

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb

Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Berlindəki "Tierpark" heyvanat parkından 12 zubr Azərbaycana yola salınıb. Bundan əlavə, Almaniyanın Bad Berleburq şəhərindən də 6 zubr ölkəmizə göndərilib.

AVESTA.AZ AZƏRTAC-a istinadən bildirir ki, zubrların ölkəmizə göndərilməsi prosesini Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Berlinin "Tierpark" heyvanat parkının direktoru Andreas Knieriem və digər aidiyyəti qurumların nümayəndələri müşahidə ediblər.

Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Bu cüssəli vəhşi öküzlər qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb.

2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən intensiv iş aparılır. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.

2019-cu ilin may ayından etibarən isə müxtəlif ölkələrdən, o cümlədən Almaniyadan Azərbaycana zubrlar gətirilir. Həmin heyvanlar uğurla adaptasiya dövrünü keçir və aralarında təbii artım müşahidə edilir, iqlimləşmə müddətindən sonra isə onlar xüsusi adaptasiya zonasından vəhşi təbiətə buraxılır.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev media nümayəndələrinə müsahibəsində deyib: "Bu gün Berlin zooparkındayıq və mühüm bir hadisəyə şahidlik edirik. 2019-cu ildən IDEA təşkilatının dəstəyi ilə Almaniya ilə çox gözəl bir layihə həyata keçirilir. Belə ki, həm Almaniyada, həm də Avropanın müxtəlif ölkələrində olan zooparklardakı zubrlar Azərbaycana gətirilir və azadlığa buraxılır, təbiətə qaytarılır. Bu, Azərbaycanın təbii müxtəlifliyə, ətraf mühitin qorunmasına verdiyi böyük dəyərin göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın Almaniya ilə tərəfdaşlığının gözəl bir nümunəsidir."

Zubrlar Azərbaycana göndərilməsi üçün Berlin zooparkından nəqliyyat vasitələrinə yüklənərək Frankfurt şəhərinə çatdırılıb və oradan da ölkəmizə yola salınıb. Bu zubrlar Azərbaycana çatdırıldıqda bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra təbiətə buraxılacaq.

Berlinin "Tierpark" heyvanat parkının direktoru Andreas Knieriem müsahibəsində ümumilikdə 18 zubrun yola salınacağını vurğulayaraq bunun indiyədək bir uçuşda daşınan ən böyük zubr qrupu olacağını qeyd edib. İndiyədək Azərbaycana bir neçə daşınma ilə müxtəlif zooparklardan gətirilmiş 46 zubrun yola salındığını bildirən Andreas Knieriem deyib: "Onların bir qismi buradan - "Tierpark"dan, digərləri isə Almaniyanın müxtəlif zooparklarından, xüsusilə Çexiyadan gətirilib. Bu 46 heyvan artıq Azərbaycanda bir araya gəlib və onlar artıq balalayıb. Beləliklə, zubrların sayı 46-dan bu gün təxminən 70-72 aşa çatıb. Bu gün yola salınanları da nəzərə aldıqda Azərbaycandakı zubrların sayı təxminən 90-a yaxınlaşacaq. Demək olar ki, Azərbaycan artıq çox güclü və sağlam zubr populyasiyasına malikdir. Ümid edirəm ki, qarşıdakı illərdə biz bu prosesə daha çox töhfə verə biləcəyik və Azərbaycanda daha çox bala doğulacaq, ölkə zubrların qorunması sahəsində aparıcı yerlərdən birini tutacaq. Bu isə təbiət üçün, biomüxtəlifliyin qorunması və zubrların davamlılığı baxımından son dərəcə vacibdir.

Fürsətdən istifadə edərək, həm prosesin uğurla həyata keçirilməsinə, həm də iki ölkə arasında real və səmimi əməkdaşlığa görə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Belə nümunəvi və etibarlı tərəfdaş olduğu üçün Azərbaycana bir daha təşəkkür edirəm".

Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur. Layihə zubrların təbiətimizə qaytarılmasına yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün mütəmadi qaydada müxtəlif maarifləndirmə tədbirləri, o cümlədən yay düşərgələri təşkil olunur.

Paylaş

Xəbər lenti

Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR