
Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində keçirilən əməliyyatlar davam edir.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi son əməliyyat zamanı daha iki tanınmış sima saxlanılıb.
Bildirilir ki, nəzarətə götürülən şəxslər arasında məşhur aparıcı Hasan Can Kaya və "Reynmen" ləqəbi ilə tanınan müğənni Yusuf Aktaş da var. Məlumata görə, əməliyyat çərçivəsində bir sıra digər şəxslər barəsində də tədbir görülüb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.