1-02-2026, 13:48 182

Azərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalır

Son illərdə Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə ciddi narahatlıq doğurur. Statistik göstəricilərə görə, müstəqillik əldə edildikdən sonra ölkədə ən aşağı doğum göstəricisi ötən il qeydə alınıb.

İlkin məlumatlara görə, ölkədə ilk 10 ayda 80 802 uşaq dünyaya gəlib, ilin sonunda bu rəqəmin təxminən 95 000-ə çatacağı proqnozlaşdırılır. Maraqlıdır ki, 2024-cü ildə ölkədə 102 310, 2023-cü ildə 112 620, 2022-ci ildə isə 122 846 uşaq anadan olub. Hətta COVID-19 pandemiyası səbəbindən toy mərasimlərinə müəyyən məhdudiyyətlərin tətbiq edildiyi 2020-ci ildə 126 571, 2021-ci ildə isə 112 284 doğum qeydə alınıb.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Təhsil, karyera, sosiallaşma...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov bildirib ki, müasir dövrdə gənclər öz qarşısına yeni prioritetlər, məqsədlər qoyurlar. Əgər əvvəllər gənclər təhsil alaraq nikaha daxil olurdularsa, bu gün daha çox müstəqil həyat tərzinə üstünlük verirlər. Onlar qarşılarına qoyduqları məqsədlərə nail olduqdan sonra nikah barədə düşünməyə başlayırlar: "Təhsil, karyera, sosiallaşma, özünü inkişaf etdirmək və maddi stabillik gənclərin əsas məqsədləridir. Bu isə nikahların sayının azalmasına, nikah yaşının artmasına və nəticə etibarilə ailələrdə uşaqların sayının azalmasına gətirib çıxarır. Ailələrdə daha çox 1-3 uşağa üstünlük verilir. Bu tendensiya bir çox inkişaf etmiş ölkələrdə də müşahidə olunur və təbii prosesdir".

Selektiv abortların təbii artıma təsiri

R.Mahmudov bildirir ki, son 10 il ərzində abortların artması faktoru da narahatedicidir: "Abortların yaş kateqoriyası üzrə bölgüsünə diqqət yetirsək? görərik ki, 25-34 yaş arasında olan gənclər tərəfindən arzu olunmayan hamiləliyin qarşısının alınması preventiv vasitə kimi tətbiq olunur. Təəssüf ki, abortların bir hissəsi selektivdir. Bu gün Azərbaycanda hər 100 qız uşağına qarşı 112-114 oğlan uşağı dünyaya gəlir, bu da beynəlxalq normalara görə çoxdur. Demoqrafiyanın inkişafı üçün hər 100 qız uşağına 102-104 oğlan uşağı dünyaya gəlməlidir. USM-nin əsas istifadə istiqamətləri ananın və dölün sağlamlığının yoxlanılması və izlənilməsidir. Lakin təəssüf ki, valideyn olmağa hazırlaşan şəxslər USM aparan həkimə dölün cinsiyyətini müəyyən olunması üçün müraciət edirlər".

Qurum rəsmisi vurğulayır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bütün bölgələrdə və paytaxtda maarifləndirmə tədbirləri təşkil olunur.

"Azalma tendensiyası 5-6 il davam edəcək"

Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov deyir ki, Azərbaycanda 1995-2004-cü illər arasında doğum səviyyəsi iki dəfədən çox azalmışdı. Hazırda həmin dövrdə doğulan nəsil ailə qurmaq yaşına çatıb: "Bu isə o deməkdir ki, indi ailə quracaq gənclərin sayı əvvəlki illərlə müqayisədə xeyli azdır. Nəticə etibarilə bu amil ailə quruculuğunu zəiflədir, nikahların sayının azalmasına səbəb olur və bu azalma birbaşa doğum göstəricilərinə də təsir edir. Bu demoqrafik azalma tendensiyası təxminən 5-6 il davam edəcək, daha sonra isə müəyyən artım müşahidə oluna bilər. Lakin bu artım əvvəlki dövrlərdəki səviyyəyə çatmayacaq. Əgər göstəriciləri faizlə ifadə etsək, 10 il əvvəl əhalinin artım tempi 1.1-1.2 faiz təşkil edirdisə, hazırda bu rəqəm 0.35-0.4 faiz səviyyəsinə düşüb. Yəni artım tempi təxminən üç dəfə azalıb. Azalma əsasən şəhər əhalisi üzrə özünü göstərir. Belə ki, şəhərlərdə təbii artım səviyyəsi 0.15 faizə qədər enib, doğum göstəriciləri də əhəmiyyətli dərəcədə aşağı düşüb. Əgər əvvəllər hər min nəfərə düşən doğum sayı 10-11 nəfər idisə, son 4-5 ildə bu göstərici azalaraq, bu il təxminən 9 nəfər səviyyəsinə düşüb. Bu isə artıq ciddi demoqrafik problem kimi qiymətləndirilir".

Maddi və sosial yardım, icra mexanizmi...

Mütəxəssisin sözlərinə görə, bu tendensiyanın qarşısının alınması üçün ardıcıl və məqsədyönlü demoqrafik siyasət yürüdülməlidir: "Bu demək olar ki, bütün dövlətlərdə tətbiq olunur. Əsas hədəf gənclər üçün əlverişli şəraitin yaradılması, ailə quruculuğunun təşviqi və dövlətin bu prosesdə fəal iştirak etməsidir. Ailə qurmaq istəyən gənclərə dövlət dəstəyi göstərilməli, uşaqlar dünyaya gəldikdən sonra ailələrə maddi və sosial yardım mexanizmləri işlək olmalıdır. Bunlar dövlət təcrübəsində geniş yayılmış və effektiv nəticə verən alətlərdir".

"O dövrdə Azərbaycan dünyanı təəccübləndirirdi"

Coğrafiya üzrə fəlsəfə doktoru Saleh Nağıyev deyir ki, 1960-cı illərdə Azərbaycan təbii artım göstəricisinə görə dünyada birinci yer tuturdu. Həmin dövrdə hər min nəfərə 44 uşaq doğulurdu, bu isə bütün dünyanı təəccübləndirirdi: "İndiki vəziyyət tam fərqlidir. Hazırda ölkədə hər min nəfərə düşən doğum sayı təxminən 6-7 nəfər səviyyəsinə enib. Bu, ciddi demoqrafik tendensiyadır. Amma bu problem yalnız Azərbaycana xas deyil. Bütün dünyada oxşar demoqrafik azalma müşahidə olunur".

"Böhran tam dəhşətli səviyyədə deyil"

Mütəxəssis bildirir ki, sosial-iqtisadi durum demoqrafik proseslərə ciddi təsir göstərir: "1990-cı illərdə 8-9 uşaqlı ailəni saxlamaq mümkün idisə, bu gün bu, demək olar ki, real deyil. Çoxuşaqlılıqdan azuşaqlılığa keçid, boşanmaların artması və nikahların azalması demoqrafik disbalansın əsas səbəblərindəndir. Hazırda təhlükə mənbələrindən biri boşanmaların artmasıdır, digəri isə gənclərin ailə qurmağa marağının azalmasıdır. Bu iki amil doğum göstəricilərinə və ailə modelinə təsir edir. Amma çıxış yolları var".

Paylaş

Xəbər lenti

NASA astronavtlara susmaq barədə göstəriş verdi - SƏBƏB Bu gün, 12:49 "McDonald"s Azərbaycan" şəhid və qazi ailələrinin övladları üçün yay istirahəti təşkil edib Bu gün, 12:49 Son 14 ildə "ASAN xidmət" mərkəzlərində 9,2 milyon vətəndaşa xidmət göstərilib Bu gün, 12:49 Azərbaycanın xarici dövlət borcu 8 % azalıb Bu gün, 12:48 DÇ-2026: İspaniya 1/4 finalda bu gün Belçika ilə üz-üzə gələcək Bu gün, 12:48 "Qarabağ" Kamilo Duranla vidalaşdı Bu gün, 12:48 Türkmənistan Azərbaycanda səfirliyinin yeni binasını tikəcək Bu gün, 12:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək Bu gün, 12:48 "ASAN xidmət"ə 100 milyonuncu müraciət qeydə alınıb Bu gün, 12:48 Vüqar Bayramov: "Azərbaycanda toxum ehtiyatları üzrə istehsalın payının artırılmasına ehtiyac var" Bu gün, 12:48 Tanınmış jurnalist direktor təyin edildi Bu gün, 12:48 KOBİA: "Startap" şəhadətnaməsi almış KOB-ların ümumi dövriyyəsi 2 dəfə artıb Bu gün, 11:49 Bakıda sərnişin avtobosu sürücüsündən qəribə hərəkət Bu gün, 11:49 Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA Bu gün, 11:49 Milli Məclisin iclası başlayıb, gündəlikdə 22 məsələ var Bu gün, 11:48 Sabah Development: Gələcəyə Addım - Sabah gələcəyi necə formalaşdırır? Bu gün, 11:48 Parlament beynəlxalq sənədi ratifikasiya etdi Bu gün, 11:48 Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son oxunuşda qəbul edilib Bu gün, 11:48 Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir Bu gün, 11:48 Bu rayonda bir neçə küçənin yolları TƏMİR EDİLƏCƏK Bu gün, 11:48 Pirşağıda obyektdən 6 min manatlıq oğurluq olub Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 79 dollara düşüb Bu gün, 10:48 Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında kibertəhlükəsizlik üzrə əməkdaşlıq müzakirə olunub Bu gün, 10:48 Velosiped və skuter sürənlərin NƏZƏRİNƏ Bu gün, 10:48 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək Bu gün, 10:48 Azərbaycanda 1-ci sinfə gedənlərin sayı azalır – "Uşaq pulu" həll yolu ola bilər? Bu gün, 10:48 Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib Bu gün, 10:48 "Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub Bu gün, 10:48 Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı Bu gün, 10:48 Kirayə ev tutmaq istəyən tələbə qızlar aldadıldıqlarını İDDİA EDİRLƏR Bu gün, 09:48 DÇ-2026-da 1/4 final həyəcanı davam edir: İspaniya Belçikanı sınağa çəkəcək Bu gün, 09:48 Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb Bu gün, 09:48 Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb Bu gün, 09:48 Çayxanada qanlı dava: Müştərinin sifətinə bıçaq zərbəsi endirdi - CƏZA Bu gün, 09:48 "Neftçi" Sloveniyada üçüncü yoxlama oyununa çıxacaq Bu gün, 09:48 Bakıda bu ərazilərdə işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 08:48 DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub Bu gün, 08:48 Kondisioner istifadə edənlərin diqqətinə: Çoxlarının bilmədiyi TƏHLÜKƏ Bu gün, 08:48 Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb Bu gün, 08:48 Xankəndi niyə böyük dövlətlərin maraqlarının toqquşduğu məkana çevrildi? Bu gün, 08:48 "Kəndə gedən yol dağılıb, gediş-gəliş kəsilib" - Zaqatalada güclü sel FƏSADLAR TÖRƏDİB Bu gün, 08:48 Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılır Bu gün, 00:48 Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər" Bu gün, 00:48 "Vəd verən çox olsa da, addım atan yoxdur" - Qəbələdə kənd sakinləri problemlərdən ŞİKAYƏT ETDİLƏR Bu gün, 00:48 Azərbaycanın diplomatik gedişi: İsrailin "erməni soyqırımı" təşəbbüsü necə dayandırıldı? Dünən, 23:48 "Vestri"nin baş məşqçisi: "Güclü rəqibə qarşı yaxşı oyun sərgilədik" Dünən, 23:48 Məşhəddəki dəmir yolu xətlərindən birində qatarların hərəkəti bərpa edilib Dünən, 23:48 Sürücülərin NƏZƏRİNƏ: Bakı Dairəvi Yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR