
Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qarağac kəndi ərazisində qeydə alınıb.
VAZ markalı avtomobilin traktorla toqquşması nəticəsində VAZ-ın sürücüsü Sabirabad rayonunun Qarağac kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Rövşən Əmrah oğlu ağır xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.