
Ağcabədidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Avşar kəndində qeydə alınıb. Ana və üç övladı dəm qazından zəhərlənib. Onlar Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həyati təhlükələrinin olmadığı deyilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.