
Ağcabədi rayonunda azyaşlı bıçaqlanıb.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 4-də axşam saatlarında baş verib.
2019-cu il təvəllüdlü oğlan bıçaq xəsarəti ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Azyaşlı dərhal əməliyyat olunub.
Məlumata görə, azyaşlını bıçaqlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.