6-02-2026, 22:48 323

Azərbaycan və İordaniya arasında müntəzəm aviareyslər müzakirə olunur

Azərbaycan və İordaniya Bakı ilə Əmman arasında mövsümi çarter reyslərindən ilboyu müntəzəm hava əlaqəsinə keçid imkanını müzakirə edirlər.

Bu barədə "Report"a müsahibəsində İordaniyanın Azərbaycandakı səfiri Ömər əl-Nahar bildirib.

"Bakı ilə Əmman arasında mövsümi çarter daşımalarından ilboyu müntəzəm hava əlaqəsinə keçid kommersiya baxımından səmərəliliyinin qiymətləndirilməsi və təhlili mərhələsindədir. Qeyd etdiyim kimi, bu məsələ 2025-ci il noyabrın 26-27-də Hökumətlərarası Komissiyanın iclası zamanı nazirlər səviyyəsində müzakirə mövzusu olub", - o deyib.

Onun sözlərinə görə, turizmin təşviqi üzrə birgə marketinq daxil olmaqla, bir sıra təşəbbüslərin işə salınması üçün institusional baza və icra mexanizmləri artıq yaradılıb.

"2025-ci ildə İordaniyadan Azərbaycana gələn turistlərin sayının 49,9 % artması bazarın buna müstəsna dərəcədə reaksiya verdiyini sübut edir. Bu dinamika iordaniyalı istehlakçıların Azərbaycanın turizm mövqeyini müsbət qəbul etdiklərini göstərir. İordaniyanın azərbaycanlı turistlər arasında tanıdılmasına yönəlmiş qarşılıqlı kampaniyalardan - Petra, Vadi-Ram, Ölü dəniz və Qırmızı dəniz sahilləri ilə bağlı turizm brendləri ilə bağlı kampaniyalardan istifadə edilməsi Azərbaycandan artan xarici səfərlərə töhfə verə bilər." – Ömər əl-Nahar bildirib.

Səfir həmçinin vurğulayıb ki, hava əlaqəsi ilə turizm axınları arasında birbaşa əlaqə yaxşı məlumdur: "Ötən ilin noyabrında turizm sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanması Bakı və Əmman arasında mövsümi çarter reyslərindən ilboyu müntəzəm hava əlaqəsinə keçidin müzakirəsi ilə müşayiət olunub. Turizm qurumları marşrutların genişləndirilməsi üçün zəruri olan yetərli tələb səviyyəsinin təsdiqlənməsində mühüm rol oynayır. Turizmin birgə təşviqi, mövcud çarter reyslərinin doluluğunu artırmaqla, hava yollarının müntəzəm uçuşlara keçməsi üçün kommersiya əsaslarını yaradır".

Ömər əl-Nahar qeyd edib ki, Petra hər il demək olar ki, bir milyon turist qəbul edir və dünyada ən çox ziyarət edilən turistik məkanlardan biridir. Onun sözlərinə görə, İordaniyanın mədəni irs obyektlərinin idarə edilməsindəki unikal təcrübəsi Azərbaycanın özünün UNESCO-nun Ümumdünya İrsi obyektləri və Qarabağın bu yaxınlarda işğaldan azad edilmiş əraziləri ətrafında turizmi inkişaf etdirməsi fonunda biliklərin ötürülməsi üçün imkanlar yaradır.

"İordaniya həmçinin qonaqpərvərlik sənayesi üçün inkişaf etmiş kadr hazırlığı sistemi formalaşdırıb. Turizm sektorunun sürətli inkişafı fonunda Azərbaycan kadr potensialının inkişaf etdirilməsi zərurəti ilə üzləşir. Birgə təşəbbüslərə hotellərin idarə edilməsi sahəsində hazırlıq proqramları, tələbə və mütəxəssis mübadiləsi, eləcə də digər peşəkar əməkdaşlıq formaları daxil ola bilər", - səfir əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR