
Azərbaycanın bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində turnirində finala vəsiqə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Balabəy Ağayev (60 kq) buna nail olub.
27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə (İsrail) qalib gəlib.
Bu raundda məğlub olan Ruslan Paşayev (66 kq) üçüncü yer uğrunda görüşə çıxacaq. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.