
Lənkəranda çoxuşaqlı ana üçəm dünyaya gətirib.
BAKU.WS TƏBİB-ə istinadən xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Regional Perinatal Mərkəzdə 1992-ci il təvəllüdlü hamilə qadın fevralın 9-da doğum şöbəsinə yerləşdirilib.
Pasiyent üzərində aparılan qeysəriyyə əməliyyatı nəticəsində üçəm körpələr dünyaya gəlib. Körpələrin çəkiləri müvafiq olaraq 2, 2.1 və 2 kiloqram, boyları isə 40, 41 və 42 santimetr olub. Onlardan ikisi oğlan, biri isə qızdır.
Hazırda ana və körpələrin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarəti altındadır.
Qeyd edək ki, qadının üçəmlərdən əvvəl iki oğlan və bir qız övladı olub. Əvvəlki hamiləliklərdən birində isə o, əkiz uşaq dünyaya gətirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.