10-02-2026, 21:48 209

ABŞ vitse-prezidentinin Bakı səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ

"Azərbaycanın müstəqil və balanslı xarici siyasəti beynəlxalq müstəvidə öz bəhrəsini verməkdədir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursu ölkəmizin milli maraqlarının etibarlı şəkildə təmin olunmasına, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Son illərdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası da məhz bu siyasətin məntiqi nəticəsidir".

AVESTA.AZ xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu baxımdan, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri son dövrdə Azərbaycana həyata keçirilən ən yüksəksəviyyəli səfərlərdən biri olmaqla, iki dövlət arasında mövcud siyasi dialoqun, qarşılıqlı hörmət və etimad mühitinin bariz nümunəsidir:

"Bu səfər ABŞ tərəfinin Azərbaycana və regionda həyata keçirilən siyasətə verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə aparılan yüksəksəviyyəli görüşlər ABŞ-Azərbaycan münasibətlərinin artıq strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bir daha təsdiqləyir. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Eyni zamanda, tərəflər Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb, regionda uzunmüddətli əməkdaşlıq və inkişaf üçün əlverişli şəraitin yaradılmasına dair ortaq mövqelərini ifadə ediblər. ABŞ-nin bölgədə sülh və sabitliyin möhkəmləndirilməsində Azərbaycanın aparıcı və konstruktiv rolunu yüksək qiymətləndirməsi, ölkəmizin artan geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini bir daha göstərir. Bu səfər, eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və ümumi maraqlara əsaslanan tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inam yaradır".

"Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir. Bu mühüm sənəd iki ölkə arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını daha da möhkəmləndirməklə, tərəfdaşlığın uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir. Xartiya enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, qlobal enerji bazarlarının sabitliyinə töhfə verilməsi, həmçinin Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunun daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sənəddə, eyni zamanda, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin inkişafı, Orta Dəhlizin funksionallığının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi nəzərdə tutulur. Terrorizmə, transmilli cinayətkarlığa və digər qlobal təhlükələrə qarşı birgə mübarizə məsələləri də Xartiyanın prioritet istiqamətləri sırasında yer alır"-parlamentari vurğulayıb.

Müsahibimiz qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Prezident İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzuna xüsusi diqqət çəkib:

"Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampla yanaşı, həm strateji müttəfiqi Türkiyə, həm də ABŞ-nin Yaxın Şərqdə əsas tərəfdaşlarından biri olan İsraillə səmimi və etibarlı münasibətlərə malik olan nadir dünya liderlərindəndir. Bu bəyanat Azərbaycanın xarici siyasətinin balanslı və praqmatik mahiyyətini əks etdirməklə yanaşı, ölkəmizin müxtəlif geosiyasi mərkəzlər arasında etibarlı körpü rolunu oynadığını da nümayiş etdirir. Qeyd olunan fikirlər Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan qlobal və regional proseslərdə etibarlı tərəfdaş, dialoqa açıq və sabitləşdirici aktor kimi qəbul olunur. Bu amil isə ABŞ-Azərbaycan münasibətlərinin gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır".

Paylaş

Xəbər lenti

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb Bu gün, 17:48 Haluk Leventin qumarxanadan görüntüləri sızdı Bu gün, 17:48 Yaxın Şərqdə münaqişə yenidən böyüdü - İranda ard-arda partlayışlar oldu Bu gün, 17:48 Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər Bu gün, 17:48 Slovakiyalı nazir: "Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almaq istəyirik" Bu gün, 17:48 Media Kuboku 2026-nın püşkü atıldı Bu gün, 16:49 Rusiyadan Azərbaycana gələn sahibkar həmkəndlisini amansızlıqla döydü - TƏFƏRRÜAT Bu gün, 16:48 Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi Bu gün, 16:48 Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib Bu gün, 16:48 "NEWS.ru": Süni intellekt IV Şuşa Qlobal Media Forumunun əsas mövzularından biri olub Bu gün, 16:48 Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb Bu gün, 16:48 Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub Bu gün, 16:48 Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib Bu gün, 16:48 FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub Bu gün, 15:49 Travmatologiya İnstitutunda NÖVBƏ İZDİHAMI Bu gün, 15:48 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü Bu gün, 15:48 Keçmiş futbolçu restoranda həyat yoldaşına sillə vurdu, saxlanıldı Bu gün, 15:48 Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb Bu gün, 15:48 Şuşada tarixi çıxış: Azərbaycan yeni xarici siyasət mərhələsinə keçir? Bu gün, 15:48 AQTA Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb Bu gün, 15:48 Tramp İrana dəyən ziyanı açıqladı Bu gün, 14:48 Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı PAYLAŞIM Bu gün, 14:48 Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar Bu gün, 14:48 Peter Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi Bu gün, 14:48 Danla Biliç xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır Bu gün, 14:48 Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb Bu gün, 13:48 Sürücü sürət həddini aşıb qəza törətdi, işıqfora çırpıldı - ANBAAN VİDEO Bu gün, 13:48 Prokuror "Beniz"ə ağır cəza istədi Bu gün, 13:48 ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra... Bu gün, 13:48 Azərbaycanda enerji effektivliyi haqqında qanunda dəyişiklik qəbul olunub Bu gün, 13:48 Haluk Leventin dərnəyi ilə bağlı saxlanılanların sayı 39-a çatdı Bu gün, 13:48 IV Şuşa Qlobal Media Forumu başa çatıb Bu gün, 13:48 Sabah Azərbaycanda 40° isti olacaq Bu gün, 13:48 Gəlinlə bəy bu səbəbdən ŞADLIQ SARAYINI məhkəməyə verdi - 200000 alacaq Bu gün, 13:48 Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyul ayının pensiyaları ödənilib Bu gün, 13:48 Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Bu gün, 12:48 Bakıda bu avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir Bu gün, 12:48 Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir Bu gün, 12:48 İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 12:48 Travmotologiya İnstitutunda NÖVBƏ İZDİHAMI Bu gün, 12:48 Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq Bu gün, 12:48 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir Bu gün, 12:48 Daha təhlükəsiz yollar naminə: AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır Bu gün, 12:48 İlham Əliyev və Peter Pelleqrini Şuşada tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar Bu gün, 12:48 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlanır Bu gün, 12:48 Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 11:48 İlham Əliyev: Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR