
Biləsuvar şəhərində transformatorda partlayış olub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisəyə əriyən qarın suları səbəb olub.
Nəticədə rayon mərkəzinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.
Ərazidə təmir-bərpa işləri aparılır. Bu işlərdən sonra işığın bərpası gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.