16-02-2026, 15:48 125

Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA

Son beş ildə Azərbaycana ümumilikdə 438 300 ədəd minik avtomobili idxal olunub.

Media Təhlil Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, 2021-ci ildə ölkəyə 85 191 ədəd minik avtomobili gətirilib.

2022-ci ildə isə idxal həcmi əvvəlki illə müqayisədə 19,4% və ya 16 507 ədəd azalaraq 68 684 ədəd təşkil edib. 2023-cü ildə yenidən artım qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə idxal 28,3% və ya 19 467 ədəd artaraq 88 151 ədədə yüksəlib. 2024-cü ildə isə azalma müşahidə olunub. 2023-cü illə müqayisədə idxal 6,5% və ya 5 717 ədəd azalaraq 82 434 ədəd olub.

2025-ci ildə minik avtomobili idxalında əhəmiyyətli artım baş verib. 2024-cü illə müqayisədə idxal 38,1% və ya 31 406 ədəd artaraq 113 840 ədədə çatıb.

Beləliklə, son beş ilin dinamikası göstərir ki, müəyyən dalğalanmalara baxmayaraq, 2025-ci ildə minik avtomobili idxalı ən yüksək səviyyəyə çatıb.

Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA

2025-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin statistik dəyəri 2,14 milyard ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 36,7% və ya 0,57 milyard dollar artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə minik avtomobillərinin idxalının statistik dəyəri 1,57 milyard dollar olub. 2023-cü ildə isə idxalın dəyərində daha kəskin artım qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə göstərici 79,4% və ya 0,68 milyard dollar artaraq təxminən 1,52 milyard dollara çatıb. 2022-ci ildə ölkəyə 0,84 milyard dollar, 2021-ci ildə isə 0,78 milyard dollar dəyərində minik avtomobili idxal edilib.

Ümumilikdə son beş ilin dinamikası göstərir ki, idxal olunan minik avtomobillərinin statistik dəyəri hər il artım tendensiyası nümayiş etdirib və xüsusilə 2023–2025-ci illərdə bu artım əvvəlki illərlə müqayisədə daha kəskin olub.

Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA

2021-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin birinin orta qiyməti 9 162 ABŞ dolları təşkil edib. 2022-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 34,2% və ya 3 136,7 dollar artaraq 12 298,7 dollara yüksəlib. 2023-cü ildə də artım davam edib. Belə ki, 2022-ci illə müqayisədə orta qiymət 39,8% və ya 4 891,3 dollar artaraq 17 190 dollara çatıb. 2024-cü ildə isə artım tempi nisbətən zəifləsə də, müsbət dinamika qorunub saxlanılıb. Həmin il orta qiymət 10,6% və ya 1 814,3 dollar artaraq 19 004,3 dollar təşkil edib.

Son beş il ərzində azalma yalnız 2025-ci ildə qeydə alınıb. 2024-cü illə müqayisədə orta qiymət 1% və ya 188,2 dollar azalaraq 18 816,3 dollar olub.

Beləliklə, 2021–2024-cü illərdə idxal olunan minik avtomobillərinin orta qiymətində ardıcıl artım müşahidə edilsə də, 2025-ci ildə cüzi azalma qeydə alınıb.

Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA

Son illərdə Azərbaycana idxal olunan avtomobillər arasında ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin payının artdığı müşahidə olunur. Bu kateqoriyaya hibrid, "plug-in" hibrid və tam elektrik mühərriki ilə təchiz olunmuş avtomobillər daxildir.

2025-ci ildə ölkəyə 75 706 ədəd ekoloji təmiz minik avtomobili idxal edilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 29 224 ədəd olub. Beləliklə, 2025-ci ildə həmin kateqoriya üzrə idxal 159,1% və ya 46 482 ədəd artıb. Bu, son beş ilin ən yüksək göstəricisi hesab olunur.

Son beş il ərzində azalma yalnız 2022-ci ildə qeydə alınıb. Belə ki, 2021-ci ildə 13 096 ədəd ekoloji cəhətdən təmiz minik avtomobili idxal edildiyi halda, 2022-ci ildə bu göstəricidə 9,7% və ya 1 273 ədəd azalma müşahidə olunub və nəticə təxminən 11 823 ədədə bərabər olub.

Ümumiyyətlə, son illərin statistikası ekoloji təmiz nəqliyyat vasitələrinə tələbin sürətlə artdığını göstərir.

Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA

Qeyd olunduğu kimi, 2025-ci ildə ölkəyə ümumilikdə 113 840 ədəd minik avtomobili idxal olunub.

İdxal edilən avtomobillərin strukturuna nəzər salsaq, onların 49,89%-nin və ya 56 794 ədədini "plug-in" hibrid minik avtomobillərinin təşkil etdiyini görürük. Maşınların 14,83%-i və ya 16 884 ədədi hibrid avtomobillərin, 1,78%-i və ya 2 028 ədədi isə tam elektrik mühərrikli nəqliyyat vasitələrinin payına düşüb. Qalan 33,5%-lik hissə və ya 38 134 ədəd avtomobil isə yalnız daxili yanma mühərriki ilə çalışan, yəni ənənəvi yanacaq növlərindən istifadə edən minik avtomobillərindən ibarət olub.

Beləliklə, 2025-ci ildə idxal olunan minik avtomobillərinin böyük hissəsini alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələri təşkil edib.

Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA

Paylaş

Xəbər lenti

Tərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda 64 yaşlı fəhlə faciəli şəkildə öldü Bu gün, 12:48 Novxanıda küçəyə axan çirkab su gölməçə yaratdı Bu gün, 12:48 Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 Sərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir" Bu gün, 12:48 Ronaldonun keçmiş aşpazından maraqlı tövsiyə Bu gün, 11:48 Azərbaycan və Latviya prezidentlərinin görüşündən eksklüziv kadrlar Bu gün, 11:48 Yol hərəkəti qaydalarını heçə saydı, narkotik qəbul etdiyi məlum oldu Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib Bu gün, 11:48 Göyçayda market YANIB Bu gün, 11:48 Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir Bu gün, 11:48 "Üstümə cumdu, barmağımın bir hissəsini qopardı" - Ucarda çaqqal hücumunun yeni TƏFƏRRÜATI Bu gün, 10:48 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür Bu gün, 10:48 İstanbulda yeraltı su anbarında 3 mindən çox silah hissəsi ələ keçirilib Bu gün, 10:48 Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb Bu gün, 10:48 Pul axını başlayır: Bu bürclər zənginləşə bilər Bu gün, 10:48 Hesablama Palatası: Dövlət əmlakının sığortasında qiymətləndirmə fərqi var Bu gün, 10:48 Minik və yük avtomobili toqquşub - Ölən və yaralananlar var Bu gün, 09:48 ABŞ İranla müharibəyə bu qədər xərc çəkib Bu gün, 09:48 Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? Bu gün, 09:48 Tehranda beynəlxalq uçuşlar bərpa olunur Bu gün, 09:48 Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib Bu gün, 09:48 Bu gün Həmidə Ömərovanın doğum günüdür Bu gün, 09:48 Ağır qəzada ölən baytarın FOTOSU Bu gün, 09:48 Evlilikdən uzaq duran bürclər açıqlanıb Bu gün, 00:48 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı Dünən, 23:48 Gəncədə qonşular arasında dava - Bıçaqlanan var Dünən, 23:48 Britaniyanın sabiq səfiri ilə bağlı araşdırma başlanıb Dünən, 23:48 Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi Dünən, 23:48 28 yaşlı oğlan evlərinin həyətində ölü tapıldı Dünən, 22:48 TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb Dünən, 22:48 ABŞ-də edam qaydaları dəyişdirildi – güllələnmə də siyahıya əlavə olundu Dünən, 22:48 Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub Dünən, 21:48 Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb Dünən, 21:48 Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu Dünən, 21:48 Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq Dünən, 21:48 Abşeronda 17 nəfər saxlanılıb, 19 cinayətin üstü açılıb Dünən, 20:48 Bəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? Dünən, 20:48 Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib Dünən, 20:48 Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir Dünən, 20:48 Bakı Təşəbbüs Qrupu: Ermənistanda azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik siyasəti aparılıb Dünən, 20:48 Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır Dünən, 20:48 Arif Əsədov: "İndiki vəziyyətdə "Neftçi" "Qarabağ"dan daha şanslı görünür" Dünən, 19:48 Qonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI Dünən, 19:48 Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib Dünən, 19:48 Netanyahuda erkən mərhələli xərçəng aşkarlanıb – müalicə uğurla başa çatıb Dünən, 19:48 Hörmüz boğazı ətrafındakı gərginlik Azərbaycana yüklərin gətirilməsinə necə təsir göstərib? Dünən, 19:48 Azərbaycan güləşçisi İslam Bazarqanov Avropa çempionatında finala yüksəlib Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR