
Ukraynadan olan qaçqın qadının "Facebook" vasitəsilə Britaniyada özünə sığınacaq tapmaq istəyi arzuolunmaz nəticə ilə bitib.
Bunu Britaniyanın "The Sun" nəşri yazıb.
Ekspertlər ehtiyat edir ki, hökumətin köçkünlərin yerləşdirilməsi üzrə sxemi cinayətkarların xeyrinə ola bilər.
30 yaşlı Yuliya Skubenko çarəsizliyindən məktub yazaraq britaniyalılardan təhlükəsiz sığınacaq verilməsini xahiş edib, lakin çoxsaylı ədəbsiz təkliflərlə üzləşib.
Kiyevdə uğurlu klininq şirkətinə sahib olan bu qaçqın qadın öz sevimli vətənini Rusiya qoşunlarının hücumu səbəbindən tərk etməyə məcbur olub. O, həyatına yenidən başlamağa qərar verib, ümidini "Facebook"a bağlayıb.
Qadın orada öz şəklini və telefonunu yerləşdirib və izah edib ki, "heç vaxt İngiltərəyə köçməyə məcbur olacağını" düşünməyib. Ukraynalı qadın etiraf edib ki, indi o, hər şeyə yenidən başlamalı və potensial sahiblərini əmin edib ki, tezliklə ayaq üstə dayana biləcək.
Lakin yardım xahişinin cavabında qadın tənha kişilərdən çoxsaylı təkiflər alıb, onlar qadına mənzil verməyə, bəziləri isə nikaha girməyə hazır olduqlarını bəyan edib.
Yuliya "Daily Mail" nəşrinə deyib ki, bir kişiyə cavab verib və yalnız başqa qadınların yaşadığı evlərlə maraqlandığını bildirib. O zaman həmin kişi öz istəklərini açıq ifadə edib. Yuliyanın sözlərinə görə, imtina cavabı alandan sonra kişi ona bunları yazıb: "Çox təəssüf, biz ailə qura bilərdik".
Başqa bir avantüraçı lovğalanıb ki, neft şirkətinə və banka malikdir, sonra qadını özünə "assistent" kimi işə qəbulu etməyi təklif edib.
Qadının sözlərinə görə, o, kişilərin tənhalıqdan əzab çəkdikləri səbəbindən ona yazdıqlarına inanmağın çətin olduğunu deyib. O, başqa ukraynalı qadınların çıxılmaz vəziyyətdə qalaraq belə təkliflərin qurbanı ola biləcəklərindən narahatdır.
"Mən ölkəmin qızlarına görə çox narahatam", - Yuliya deyib.
Yuliya çoxsaylı xoşagəlməz mesajlara rəğmən, xeyirxah sahiblərini tapmağa müvəffəq olub.
Bu tarixçə Britanya hökumətinin viza ilə bağlı sxeminin qadın alveri ilə məşğul olan işbazlar üçün fürsət yarada biləcəyindən narahatlıq keçirməyə əsas verir.
Ölkənin DİN- in məlumatına görə, 20- 30 yaş arasında olan qadınlara sığınacaq barədə hər dördüncü təklif yaşı 50- i keçən kişilərdən gəlib.
Hökumətin mürəkkəb sxeminə görə, təxminən 1000 nəfərlik "Ukrayna üçün evlər" adlı yaşayış binası aşkar edilib. Bunu gerçəkləşdirən Maykl Qouvun idarəsidir.
Lakin bu idarənin Leyboristlər partiyasından kölgə naziriri Liza Nendi belə sxemi tənqid edərək, burada istismar üçün çoxsaylı imkanın olduğunu söyləyib.
"Maykl Qouv əslində qaçqınlar üçün barıt çəlləyi yaradıb və çarəsiz insanlara sığınacaq xatirinə hər şeyə razılaşmağı təklif edirlər.
Bu, ciddi humanitar bohrandır. Qaçqınlar üçün sığınacağın və sahiblərinin axtarışı ilə dövlət məşğul olmalıdır", - o, belə deyib.
Xeyriyyə təşkilatları məlumat verib ki, Britaniyada süründürməçilik və bürökratiya cinayətkarların xeyrinədir.
"Bu sxemdə çoxlu problem var, qadın alveri ilə məşğul olan işbazlar üçün şərait yaradır. Sosial şəbəkələrdə qanunsuz niyyətlə reklamla məşğul olan bəzi insanlar haqqında məlumatımız var", - bunu Refugee Action təşkilatından Luiza Kalvi deyib.