
Aktyor Burak Özçvit mülkünə mülk qatmağa davam edir.
BAKU.WS xəbər verir ki, o bu dəfə Eyüpsultanda 150 milyon lirəlik (təxminən 5 milyon 820 min AZN) əmlak alıb.
Aktyor sözügedən ərazidəki binadan bur dəfəyə 30 mənzil alıb. O bu evlərin hamısını sadəcə bir şəxsdən əldə edib.
Xatırladaq ki, Burakın sərvətinin ümumi dəyərinin 1 milyard lirədən çox olduğu bildirilir.
Onun Əbu-Dabidə 11 otaqlı malikanəsi, Dubayda 3 fərqli yaşayış kompleksində bir neçə mənzili var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.