
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Beş avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində nəqliyyat vasitələrinə müxtəlif dərəcəli maddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.