
Bakıda Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılışı keçirilib.
“AVESTA.AZ” xəbər verir ki, Türk Filmləri Həftəsi 17-21 dekabr tarixlərini əhatə edəcək.
Həftə çərçivəsində Türkiyə kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin nümayişi baş tutacaq.
Həmçinin gənc kinosevərlər üçün ustad dərsinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, film nümayişləri və ustad dərsinə giriş sərbəstdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.