6-04-2022, 14:49 804

Sosial şəbəkədəki “siğə qrupları”na sərt etirazlar

“İnstagram”da siğə ilə evlilik təklifləri narazılıq yaratdı: “Bu, din adı altında edilən ən böyük əxlaqsızlıqdır”  

Sosial şəbəkələrdə dini adlarla yaradılan tanışlıq qruplarının fəaliyyəti cəmiyyət arasında tənqidlərə səbəb olub. Xüsusilə də “ailə həyatı qurmaq üçün deyil, siğə ilə münasibət qurmaq istəyirəm”, “həyat yoldaşımdan boşanmışam, siğə ilə bir bəylə tanış olmaq istəyirəm”, “20 yaşım var, boyum 1.70-dir. Namaz qılıram, siğə ilə münasibət üçün qız axtarıram” kimi izdivac təklifləri ictimaiyyət tərəfindən sərt qarşılanıb.

“İnstagram”da  belə qrupların fəaliyyəti əsasən sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Feysbukda bəziləri qeyd edib ki, bu, din adı altında edilən ən böyük əxlaqsızlıqdır. “Bir neçə aylıq münasibət olar? Dində belə yanaşma ola bilməz, indiki zamanda belə düşünmək, münasibət qurmaq, sadəcə, xurafatdan başqa bir şey deyil”, - deyə Aqşin adlı şəxs bildirib.  Bəziləri isə bu cür qrupların fəaliyyətinin araşdırılmasını təklif edib.

Mövzu ətrafında bir çox suallar da verilir, məsələn, “siğə ilə münasibət qurmaq günahdırmı?” Sosial şəbəkələrdə bu cür tanışlıqlar, münasibətlər qurmaq bir din adamı üçün doğrudurmu? Din buna necə yanaşır? Bəziləri isə siğə etməklə günah qazanmadıqlarını, əksinə, bunun İslam dininin tələbi olduğunu iddia edirlər. 

Bizimlə söhbətdə İslam elmləri tədqiqatçısı Samir Əzizov mövzu ilə bağlı belə şərh verib: “Siğə adı ilə tanınan evliliyin adı fiqh (islam hüququ) elmində müvəqqəti kəbin, yəni mütə olaraq adlandırılır. Kəbində oxunulan əqd, yəni siğə ifadəsinə görə bu şəkildə məşhurdur. Bildiyimiz kimi, İslam fiqhində yüzlərlə məsələnin eynilik təşkil etməsinə baxmayaraq, müvəqqəti kəbin məsələsində fiqhi məzhəblər arasında fikir ayrılıqları mövcuddur. Şiə məzhəbinin Cəfəri fiqhinə əsasən, müvəqqəti kəbin İslamın erkən çağlarından etibarən indiki dövrümüzə qədər öz qüvvəsində qalıb. Əhli sünnə məzhəbinin alimlərinə görə isə fikir ayrılıqları mövcuddur. Bəziləri İslam Peyğəmbərinin dövründə qüvvədə olduğu halda sonradan  Peyğəmbərin dövründə qadağan olduğunu (qüvvədən salındığını), digər bir qrup, onun xəlifə Ömərin vasitəsilə qüvvədən salındığını deyir, kiçik bir dəstə isə müvəqqəti nikahın, ümumiyyətlə, qadağan olunduğunu iddia edirlər. Belə ixtilafların olması isə fiqh elmində təbii və labüddür. Amma şiə fəqihlərinin birgə rəyinə əsasən, müvəqqəti nikah Peyğəmbərin (s) dövründə mövcud olmuş və qadağan edilməyib. Və heç bir kəs Peyğəmbərdən (s) sonra onu qüvvədən sala bilməz.

İlk öncə bunu bildirək ki, bu məsələ sui-istifadəyə açıq bir hökm xarakterini daşıyır. Şiə alimlərinin görüşlərinə əsasən, əgər müvəqqəti nikahdan sui-istifadə edilməsə, o, cəmiyyətin bir çox ictimai və sosioloji böhranlarının həllinə müsbət cavab verəcəkdir. Belə ki, daimi nikaha imkanı olmayan cavanların cinsi həyat problemləri, ticarət, iqtisadi və ya təhsili hacətlər üzündən öz ailəsindən uzaqlarda qalan şəxslərin cinsi ehtiyacları müvəqqəti nikah vasitəsilə təmin edilmiş olur. Amma qeyd etməliyəm ki, cəmiyyətdə bundan sui-istifadə halları çoxdur.

Siğə Məsələsi. Siğə nədir? Siğə etmək olar mı? | Asiman Rafizi Kurbanov

Alimlər yazdıqları məsələnin əxlaqi cəhətlərinə toxunaraq müvəqqəti nikahdan sui-istifadə olunmasının, qadınların iyrənc yollara doğru çəkilməsinin, bu ilahi qanunun şəhvətpərəst şəxslərin oyuncağına çevrilməsinin əleyhinə olduğunu qeyd ediblər. Əslində bir çox məsələlər daimi nikahla eynidir. Misal olaraq mehriyyə, qadının kəbindən boş olması, dünyaya gələn övlad, ayrıldıqdan sonra iddə saxlanılması və sairə qeyd edə bilərəm.

O ki qaldı bunun günah olub-olmamasına, bu məsələ geniş anlayışdır. Əgər tərəflərin bir-birini yarı yolda qoyub ayrılmasını nəzərdə tuturuqsa, bu belə deyil, çünki tərəflər öncədən qarşılıqlı razılıq əsasında müddət təyin edirlər. İkincisi, günah anlayışını təyin edən şəriət sahibi Allahdır. Əgər bunun qanuniliyi Quran vasitəsilə sübuta yetirilərsə, bu, günah deyil, icazə verilmiş  mətləblərdən sayılacaqdır. Əks halda, günah sayıla bilər".

Dini məsələlər üzrə ekspert Vüqar Abbasov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Biz müsəlman ölkəsiyik. İslam dininə qulluq ediriksə, Qurani-Kərimə əsaslanmalıyıq. Bizim ana kitabımız Qurandır. Quranda siğə ilə bağlı heç bir göstəriş qeyd olunmayıb. Yaxud da bunun qaydaları barədə heç nə yoxdur. Əgər biz özümüzü müsəlman adlandırırıqsa, müqəddəs kitaba baxmalıyıq. Əgər Qurani-Kərimdə bir cümlə belə bununla bağlı yazılmayıbsa, bu o deməkdir ki, bu, insanların uydurduğu məsələdir. Çünki Quranda hər bir məsələnin təfərrüatı ilə izahı barədə qeyd var. Amma siğə ilə bağlı heç bir qeyd yoxdur. Bunu deyən adamlar Qurani-Kərimin hansı ayəsini istinad edirlər, onu göstərsinlər... Ona görə də Quranda siğə nəzərdə  tutulmadığı  üçün  dini  baxımdan bu cür münasibətlərə düzgün  baxılmır. Quranda yalnız ”4 həyat yoldaşı ola bilər" deyilir. Burada da valideynlərin hər birinin razılığı olmalıdır. Bundan əlavə, “züariyələr” anlayışı var. Bu nə deməkdir? Müharibə vaxtı əsir düşən qadınlar olub, əri ölübsə, sən ona qulluq edirsənsə, bütün təminatını ödəyirsənsə, belə bir nikah ola bilər. O da müharibə vaxtı olub, indiki dövr üçün nəzərdə tutulmayıb. Bizim dövrdə elə bir halların olması, sadəcə, insanların uydurmasıdır. “İnstagram” kimi yerlərdə qrupların belə fəaliyyəti düzgün deyil, bunlar günah sayılır". “Yeni Müsavat”

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR