
İranın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi İsrail və ABŞ-nin hücumlarından sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarəçilər Şurasının fövqəladə iclasının keçirilməsini istəyib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının missiyası "X" sosial şəbəkəsində məlumat yayıb.
Bəyanatda bildirilir ki, fevralın 28-dən başlayan İsrail və ABŞ-nin davam edən hücumları fonunda Vyanadakı nümayəndəlik MAQATE-nin baş direktoru Rafael Qrossiyə ünvanladığı məktubda agentliyin İdarəçilər Şurasının təcili iclasının çağırılmasını tələb edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.