
İran raketlərdə partlayıcı olan yeni döyüş başlıqlarından istifadə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, İran raketlərinin döyüş başlıqlarındakı partlayıcı maddənin növü dəyişib və İranın son günlərdəki hücumları həm həcminə, həm də keyfiyyətinə görə 12 günlük müharibədən fərqlənir. Belə ki, 500 kiloqram ağırlığında olan döyüş başlığı əvvəlki bir tonluq döyüş başlıqlarına bərabərdir.
Vurğulanıb ki, ABŞ və İsrail son səkkiz ay ərzində müdafiələrini gücləndirmək üçün böyük səylər göstəriblər, lakin İranın cavabları gözlənilməz olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.