
ABŞ prezidenti Donald Tramp İranla danışıqlar ideyasını rədd edib.
AVESTA.AZ Qazeta.ru-ya istinadən xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə öz sosial şəbəkə hesabında bildirib.
O "Truth Social"da "İranla danışıqlar aparmaq üçün "çox gecdir" - deyə qeyd edib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı "qabaqlayıcı" hücumlar elan edib. Ağ Ev İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edərək , bunun "yaxınlaşan təhlükəni aradan qaldırmaqla Amerika xalqını qorumağa" yönəldiyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.