
Kipr hökuməti Livan səmasında şübhəli obyektə görə hava məkanının bir hissəsini müvəqqəti bağlayıb.
"Reuters" xəbər verir ki, bu barədə ölkə hökumətindəki mənbə bildirib.
Onun sözlərinə görə, şübhəli obyekt Kiprin hava məkanı yaxınlığında, Livan ərazisində qeydə alınıb. Bununla əlaqədar Larnaka Beynəlxalq Hava Limanı üzərindəki hava məkanının bağlanması barədə qərar qəbul edilib.
Əlavə təfərrüatlar açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.