10-03-2026, 13:48 103

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır"​.

BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİM-dən bildirilib.

Qeyd olunub ki, imtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır.

DİM tapşırıqların mürəkkəblik dərəcəsinə də toxunub. Bildirilib ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir: "Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Bunu əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hər il təkrarlanır.

Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunur. Həmin vaxt biz görürük ki, imtahan normal olub və iştirakçıların bilik səviyyələrinə uyğun normal sıralaması həyata keçirilib.

Əvvəlki illərin imtahan nəticələrinin elmi-statistik təhlili ilə Mərkəzin saytında "Abituriyent" jurnalının 12 saylı buraxılışında tanış ola bilərsiniz.

DİM imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını da mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdirir. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir".

Qeyd edək ki, DİM martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Paylaş

Xəbər lenti

7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi Bu gün, 21:48 Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib Bu gün, 21:48 İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır Bu gün, 20:48 Çexiyanın Baş naziri Azərbaycana gəlib Bu gün, 20:48 Fransa ABŞ–İran danışıqları fonunda diplomatik həllə dəstək verdi Bu gün, 20:48 Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb Bu gün, 20:48 Süd BAHALAŞACAQ Bu gün, 20:48 Premyer Liqa: "Şamaxı" "Kəpəz"i məğlub edib Bu gün, 19:48 Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var Bu gün, 19:48 Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI Bu gün, 19:48 "Haber Global" İlham Əliyevin sülh mükafatı ilə təltif olunmasına dair süjet hazırladı Bu gün, 19:48 Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yaralılar var Bu gün, 18:48 "Qabaqkı kimi isti münasibət yoxdur, heç yerlilər də qalmayıblar" - Bakının ən qədim qəsəbələrinin birindən REPORTAJ Bu gün, 18:48 Azərbaycanda Əməkdar artist vəfat edib Bu gün, 18:48 "Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir? Bu gün, 18:48 Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Bu gün, 17:48 Tbilisidə azərbaycanlı turistin qətli ilə bağlı yeni detallar üzə çıxıb Bu gün, 17:48 Çexiyanın Baş naziri Azərbaycana gəlir Bu gün, 17:48 Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb Bu gün, 16:48 Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır Bu gün, 16:48 Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb Bu gün, 16:48 Bu gün IX sinif şagirdləri imtahan veriblər Bu gün, 16:48 Abşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir? Bu gün, 16:48 ABŞ xarici 5G routerlərinə məhdudiyyət qoydu Bu gün, 15:48 Ukraynada şəhərlərdən biri susuz qalıb Bu gün, 15:48 "Eşref Rüya" serialına yeni sima qatılır Bu gün, 15:48 Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib Bu gün, 14:48 Ayan Babakişiyeva: "Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm" Bu gün, 14:48 İsrail qırıcıları Livanı yenidən bombalayıb Bu gün, 14:48 Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçib Bu gün, 13:48 "Jek" işçisini avtobusla vuraraq öldürdü Bu gün, 13:48 İstanbul derbisi çempionluğu müəyyən edə bilər Bu gün, 13:48 Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib Bu gün, 13:48 İran Prezidenti: "Təzyiq altında danışıqlar olmayacaq" Bu gün, 12:48 Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ Bu gün, 12:48 Bakıda ağır qəza - "Sprinter" və "Shacman" toqquşdu Bu gün, 12:48 Bakıda güclü külək, regionlarda yağış olacaq Bu gün, 12:48 Salyanda ağır qəza: Bir nəfər həyatını itirib Bu gün, 11:48 Prezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb" Bu gün, 11:48 Türkiyədə səhər saatlarında iki ardıcıl zəlzələ olub Bu gün, 11:48 Daşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 "Kızılcık Şerbeti"nin aktrisası "Porsche"si ilə gündəm oldu Bu gün, 11:48 "Zaur Kamal efirdə olmayacaq" - ARB-nin direktor müavini Bu gün, 10:48 Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər Bu gün, 10:48 Bakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA Bu gün, 10:48 Saxlanılan şəxsin hədəfi Tramp administrasiyasının rəsmiləri olub Bu gün, 10:48 Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR