
Ağsu rayonunda yarımtikililərdən birində kişi meyiti tapılıb.
AVESTA.AZ xəbər verir ki, hadisə martın 11-də saat 12:50 radələrində qeydə alınıb. Rayon sakini Turab Həsən oğlu Səmidovun meyiti Xurşudbanu Natəvan küçəsində yerləşən yarımtikilidə aşkar edilib.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.