
Bu mövsüm Şuşa şəhərinə növbəti dəfə qar yağıb.
"Report"un Şuşa şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, dünən günorta saatlarından başlayaraq yağan qar hazırda davam edir.
Yağıntı güclü olmadığından hələlik nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.
Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.
Qeyd edək ki, bu mövsüm Şuşa şəhərinə ilk qar noyabrın sonlarında yağmışdı.
Foto: Vüqar Xanlarov
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.