
İran parlamenti ölkənin iqtisadiyyat və maliyyə naziri Seyid Əhsən Xandoziyə impiçment təklifini qəbul edib.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın Ərak şəhərinin deputatı Məhəmməd Həsən Asefari bildrib.
Onun sözlərinə görə, bu təklifə gələn həftə baxılacaq.
Deputat qeyd edib ki, nazirə milli valyutanın ucuzlaşması, qızılın qıymətinin qalxması, infilyasiya, fond bazarında vəziyyət, eləcə də vədlərini yerinə yetirməməsinə görə impicment göstərilməsi təklifi qəbul olunub.
Bildirilib ki, İran parlamentinin nümayəndələri zəruri hesab etdikləri hallarda Nazirlər Kabinetini və ya istənilən nazirə qarşı impiçment elan edə bilər. Ən azı 10 deputatın imzası ilə parlamentə impiçment təklif oluna bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.