
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci Liqasında qeyri-adi avtoqola imza atıb.
AVESTA.AZ xəbər verir ki, "Bursaspor"un üzvü "Antalyaspor"la matçın ilk hissəsinə əlavə olunmuş 6-cı dəqiqədə topu uzaqlaşdırmaq istəyərkən kobud səhvə yol verib.
O, uzaq məsafədən aşırma zərbə ilə topu öz qapısına göndərib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bayramov 79-cu dəqiqədə əvəzlənib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.