
Rusiyanın paytaxtı Moskvada iki tramvayın toqquşması nəticəsində 22 nəfər xəsarət alıb. Yaralananlar arasında beş uşaq da var.
AVESTA.AZ xəbər verir ki, bu barədə TASS-a istinadən paytaxtın Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, xəsarət alanlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, qəza texniki nasazlıq səbəbindən baş verib. Belə ki, tramvaylardan birinin relsdən çıxması toqquşmaya səbəb olub. Hadisə zamanı hər iki tramvayda ümumilikdə 70-ə yaxın sərnişinin olduğu qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.