16-03-2026, 10:48 313

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında ilk təbii qazın hasilatına 2029-cü il sentyabrın 1-də başlanılacağı planlaşdırılır.

AVESTA.AZ xəbər verir ki, bu barədə report-a "Total Energies" şirkətindən bildirilib.

Məlumata əsasən, bu layihə ilə bağlı Maliyyə İnvestisiya Qərarının bu ilin iyulunda verilməsi gözlənilir.

"Abşeron qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycana aid olan hissəsində, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşir. İşlənmənin birinci mərhələsi – İlkin Hasilat Sxemi (İHS) – tək ABD-001 quyusunun 35 kilometrlik sualtı boru kəməri vasitəsilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mövcud Neft Daşları qurğularının yaxınlığında, dayaz sularda yerləşən platformaya qoşulmasından ibarətdir. Bu mərhələ 36-39 min barel gündəlik neft ekvivalenti (bne/gün) (4,2 milyon Sm3/gün qaz, 12,8 min barel/gün kondensat) uzunmüddətli maksimum hasilatın nəzərdə tutulduğu layihədir. Dayaz sahədə yerləşən İHS platformasında qaz və maye separasiya olunduqdan sonra elavə emal, saxlama və ixrac məqsədilə Neft Daşlarının qurğularına ötürülür", - şirkətdən bildirilib.

Qeyd edilib ki, Neft Daşları emal olunmuş lay suyunu öz laylarına geri vurur: "İlk hasilat 2023-cü ilin iyul ayında elan edilib. 1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul edib: "Yatağın Tammiqyaslı İşlənməsi mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və mayelərin emalı və ixracı məqsədilə 140 kilometrlik çoxfazalı sualtı boru kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk dövrdə gündə 35 000 barel kondensat hasil ediləcək".

Xatırladaq ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Paylaş

Xəbər lenti

Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də... Bu gün, 17:49 Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub Bu gün, 17:48 SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb Bu gün, 17:48 Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası üzə çıxıb Bu gün, 17:48 Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ Bu gün, 17:48 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır Bu gün, 17:48 Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var Bu gün, 16:48 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar? Bu gün, 16:48 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Bu gün, 16:48 Daha bir yolda mikromobillik zolağı təşkil olundu Bu gün, 16:48 Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndiriləcək - Kimlər imtahan verməyəcək? Bu gün, 16:48 Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Öskürək zamanı bu iki qidadan uzaq durmaq tövsiyə olunur Bu gün, 16:48 Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 16:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib Bu gün, 16:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Sentyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 "Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir Bu gün, 15:48 Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan və Yunanıstan turizm sahəsində 3 illik fəaliyyət planı imzalayıb Bu gün, 15:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı Bu gün, 15:48 Yaşar Gülər: Sülhü qorumaq üçün müharibəyə hazır olmalıyıq Bu gün, 15:48 57 yaşlı müğənni reanimasiyadan çıxdı - Ona qaraciyər köçürüləcək Bu gün, 15:48 Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da Bu gün, 15:48 Yeniyetmə oğlan infarktdan öldü Bu gün, 14:49 Sabah Azərbaycanda leysan yağacaq Bu gün, 14:49 Sabah Bakının bu rayonunda su kəsiləcək Bu gün, 14:49 "Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir Bu gün, 14:49 Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər Bu gün, 14:49 Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq Bu gün, 14:48 Emrahın oğlu Zaqatalada belə dincəlir Bu gün, 14:48 Gəncədə 5 şagird zəhərlənib, araşdırma başlanılıb Bu gün, 14:48 KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxladı Bu gün, 14:48 Azərbaycan Basketbol Liqasının qalibi olan klub 1 milyon 400 manat mükafat qazanacaq Bu gün, 13:48 "Sovetski"də meyit aşkarlandı Bu gün, 13:48 Şərurun 14 kəndində işıq olmayacaq Bu gün, 13:48 Tərtərdə avtomobil mikroavtobusla toqquşub, xəsarət alanlar var Bu gün, 13:48 Payızın ən faydalı tərəvəzləri açıqlanıb Bu gün, 13:48 Bakıda AQEM-in Media Forumu keçirilib Bu gün, 13:48 64 yaşlı Cim Kerri üçüncü dəfə evləndi Bu gün, 13:48 Özbəkistan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasını böyük struktura çevirməyi təklif edib Bu gün, 12:48 21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi Bu gün, 12:48 TDT Baş katibi: Türk dövlətləri müdafiə sənayesi sahəsində birlikdə çalışmalıdır Bu gün, 12:48 Ağstafada məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döyüb Bu gün, 12:48 İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir Bu gün, 12:48 Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 12:48 Fərid Şəfiyev: Azərbaycan-Ermənistan sülh prosesi dörd istiqamət üzrə gedir Bu gün, 12:48 Azərbaycanın iştirakı ilə "Made in Central Asia" brendi altında istehsala başlanılacaq Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR