21-12-2022, 17:54 484

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin Qalibləri - 2022" layihəsi üzrə "Qızıl onluq" adlı mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, "Sahil" hotelində təşkil olunmuş tədbirdə idman ictimaiyyətinin tanınmış nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər.

Mərasim 1 dəqiqəlik sükutla başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərin, ötən həftə avtomobil qəzasında dünyasını dəyişən idman şərhçisi Elvin Rüstəmovun, eləcə də vəfat etmiş digər jurnalistləin əziz xatirələri yad olunub.

Tədbiri giriş sözü ilə açan İAM sədri, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin İdarə Heyətinin üzvü, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov iştirakçıları salamlayaraq, qalibləri təbrik edib. Çıxışında Qusarda minifutbola olan maraqdan danışan Məmmədov Azfara çağırış edib.

Daha sonra E.Məmmədov əvvəlcə "Report" informasiya agentliyinin baş redaktoru Murad Əliyevi, ardınca isə İl Azeronun nümayəndəsi Elvin Abulovu səhnəyə dəvət edərək, onlara Etibarlı tərəfdaş plaketini təqdim edib. M.Əliyev həm də üzərində "İl Azero" yazılan hədiyyə alıb. Səhnədə həm "Report", həm də "İl Azero" loqoları nümayiş etdirilib.

Bundan başqa, "Report"un idman departamentinin redaktoru Zaur Xudiyevə tədbirdə nominasiyalar üzrə mükafatlandırılacaq qalibləri düzgün müəyyənləşdirdiyi üçün Qusar Olimpiya İdman Kompleksinin xüsusi hədiyyəsi verilib.

Daha sonra mükafatlandırma mərasimi başlayıb. Əvvəlcə ilin idman xadimi nominasiyası üzrə qalibin adı elan olunub. Bu ada gənclər və idman naziri Fərid Qayıbov layiq görülüb. Nazirə mükfatı veteran futbolçu, olimpiya çempionu, "Sabah" klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov təqdim edib.

Sorğuda iştirak edən media nümayəndələrinə təşəkkürünü bildirən F.Qayıbov jurnalistlərdən bir daha onu seçməmələrini xahiş edib: "Belə mükafatları qəbul etmək mənim üçün çətindir. Çünki Gənclər və İdman Nazirliyinin bütün əməkdaşları kimi öz işimi görürəm. Açığı, ilin idman xadimi seçilməyim mənə təəccüblü gəldi. Çünki idman naziriyəm və bu, mənim işimdir. Düzünü desəm, mükafatlandırma mərasiminə gəlmək belə istəmirdim (gülür). Amma sonra mənə dedilər ki, bu, jurnalistlərin seçimidir".

Ardınca ilin idmançısı açıqlanıb. İkiqat dünya və ikiqat Avropa çempionu, bu il Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarının qalibi, yunan-Roma güləşçisi Eldəniz Əzizli bu nominasiya üzrə qalib olub. 30 yaşlı titullu idmançı Fərid Qayıbovdan plaketi, İl Azerodan isə hədiyyəni qəbul edib.

İlin xanım qalibini elan etmək üçün səhnəyə bir ikiqat dünya çempionu, eləcə də Avropa Oyunlarının ikiqat qalibi və 8 qat Avropa çempionu, qadın güləşçi Mariya Stadnik dəvət olunub. O, zərfi açaraq, sözügedən nominasiya üzrə ən çox səs toplayan bu il dünya çempionu olmuş Gövhər Beydullayevanı mükafatını almaq üçün səhnəyə çağırıb.

Daha sonra ilin məşqçisi adına layiq görülən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tədbir iştirakçılarının qarşısına çıxıb. 50 yaşlı mütəxəssisə mükafatı AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim edib.

Qurbanovun baş məşqçisi olduğu "Qarabağ" isə ilin komandası nominasiyasında bütün rəqiblərini qabaqlayaraq, birinci yeri tutub. Mükafat Klubun direktoru Emrah Çelikel plaket və hədiyyəni 44 günlük Vətən müharibəsi qazisi, "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunmuş polkovnik-leytenant Vüsal Nağıyevdən alıb.

Bu il fərdi növlərlə yanaşı, komanda yarışlarında da iki qalib seçilib. Minifutbol üzrə Azərbaycan yığması ilin milli səviyyədə komandası adına layiq görülüb. Mükafatı olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli milli komandanın baş məşqçisi Elşad Quliyevə təqdim edib. Azərbaycan Minifutbol Federasiyasına isə kütləvilik baxımından fəal federasiya kimi xüsusi mükafat verilib. Mükafatı qurumun prezidenti Taleh Nəsibov Milli Məclisin 90 saylı Ağdaş seçki dairəsindən olan deputatı Cavid Osmanovdan alıb.

Bakıda keçirilmiş Yunan-Roma güləşi üzrə Dünya Kuboku ilin idman yarışı nominasiyasında qalib olub. Mükafatı almaq üçün səhnəyə Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov dəvət olunub. Ona plaketi və xüsusi mükafatı Milli Məclisdə 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə təqdim edib.

İlin əcnəbi futbolçusu adına "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges layiq görülüb. Braziliyalı yarımmüdafiəçinin mükafatını 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev verib.

Nəhayət, ilin futbolçusu nominasiyası üzrə qalibin adı açıqlanıb. Sözügedən mükafata Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudov sahib çıxıb. 30 yaşlı yarımmüdafiəçi mükafatını Peşəkar Futbol Liqasının yeni prezidenti Elxan Səmədovdan qəbul edib. Daha sonra yığmanın baş məşqçisi Canni De Byazinin Mahmudov üçün təbrik videomesajı monitorda nümayiş etdirilib.

Elşən Məmmədovun final nitqindən sonra ilin qalibləri yenidən səhnəyə çıxaraq, xatirə şəkli çəkdiriblər.

Paylaş

Xəbər lenti

Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR