
İranın hava limanında partlayış baş verib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Əl-Hədəs" xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, İsrail ordusu 16 mart səhər tezdən Tehrana qarşı genişmiqyaslı zərbələr endirəcəyini elan edib. Bu da "Mehrabad" hava limanında təyyarənin alovlanması ilə nəticələnib.
Sözügedən təyyarə İranın keçmiş lideri Əli Xamenei və yüksək rütbəli məmurların istifadə etdiyi təyyarə olub.
Tehran hava limanında təyyarə şəhərətrafı əraziyə hücumdan sonra alovlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.