16-03-2026, 14:48 472

Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA

Müqəddəs Ramazan ayının başa çatmasına sayılı günlər qalır və müsəlmanlar artıq Ramazan bayramına hazırlaşırlar.

BAKU.WS-in məlumtına görə, bu bayram ərəfəsində yerinə yetirilməsi vacib olan ibadətlərdən biri də fitrə zəkatının verilməsidir.

Bəs Ramazan ayında fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir?

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev BAKU.WS-ə bildirib ki, şəriət qaydalarına görə, fitrə zəkatı hər bir insan üçün əsas ərzaq məhsulunun təxminən 3 kiloqramı həcmində hesablanır:

"Ən çox istifadə olunan ərzaqlar buğda və ya buğda unu hesab edilir. Bununla yanaşı, arpa ilə də hesablamaq mümkündür. Lakin gündəlik həyatda arpadan az istifadə olunduğu üçün insanlar adətən buğda və ya buğda ununa üstünlük verirlər.

Maddi imkanı daha yaxşı olan şəxslər fitrə zəkatını daha qiymətli ərzaq məhsulları ilə də hesablaya bilərlər. Məsələn, kişmiş, xurma və ya düyü ilə də bu hesablamanı aparmaq mümkündür.

Ailədə neçə nəfər varsa, hər bir nəfər üçün 3 kiloqram ərzaq nəzərdə tutulur. Bu yardım həm ərzaq şəklində, həm də onun pul qarşılığı olaraq ehtiyacı olan insanlara verilə bilər.

Hər il Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının məbləği ilə bağlı tövsiyə verir və əhaliyə bildirir ki, fitrə zəkatını pul şəklində vermək də məsləhət görülür. Adətən adambaşına minimum 10–15 manat hesablanması tövsiyə edilir. İmkanı olan şəxslər bu məbləği daha yüksək də edə bilərlər".

QMİ sədrinin müavini əlavə edib ki, fitrə zəkatının verilməsində ilk növbədə kasıb və imkansız qohum-əqrəbaya üstünlük verilməlidir:

"Əgər yaxın qohumlar arasında ehtiyacı olan yoxdursa, o zaman qonşular arasında və ya yaşanılan məhəllə, kənd və qəsəbədə ehtiyac sahibləri axtarılmalıdır. Bu zəkatın bayram namazına qədər verilməsi daha yaxşı hesab olunur. Çünki bayram günü hər kəsin sevinc içində olması, ehtiyacı olan insanların da bayram sevincini yaşaması dinimizdə xüsusi əhəmiyyət daşıyır.

Fitrə zəkatı ailədə olan hər bir şəxs üçün çıxarılmalıdır. Buraya körpə uşaqlar, yaşlılar, oruc tutan və ya hər hansı səbəbdən oruc tuta bilməyən şəxslər də daxildir. Əgər bayram ərəfəsində – yəni bayramdan əvvəlki axşam – evə qonaq gəlib və şam namazına qədər ev sahibinin yanında qalıbsa, həmin qonağın fitrə zəkatını da ev sahibi çıxarmalıdır.

Bəzi ailə üzvləri səfərdə və ya hərbi xidmətdə olarsa, onlar üçün fitrə zəkatı çıxarmaq vacib sayılmır. Lakin istəyə görə çıxarmaq mümkündür. Fitrə zəkatı adətən bayramdan əvvəlki axşam, şam namazı vaxtından sonra verilir. Əgər həmin vaxt çatdırmaq mümkün olmazsa, bayram günündə də vermək olar. Müasir dövrdə bu yardım bank kartı və ya mobil köçürmə vasitəsilə də ehtiyac sahibi olan şəxslərə göndərilə bilər. Bu da dini baxımdan icazəlidi".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR