
İranda yerləşən Buşehr Atom Elektrik Stansiyası ərazisinə endirilən zərbə nəticəsində reaktorun yaxınlığındakı tikili dağıdılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) sosial şəbəkə X-də məlumat yayıb.
Qurumun açıqlamasına görə, stansiyanın reaktorundan təxminən 350 metr məsafədə yerləşən obyekt vurulub.
MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, zərbə nəticəsində reaktor zədələnməyib və stansiya əməkdaşları arasında xəsarət alan yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.