19-03-2026, 18:48 175

İlham Əliyevdən MÜHÜM FƏRMAN - Azərbaycanda yeni AGENTLİK yaradıldı

Prezident İlham Əliyev əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

AVESTA.AZ bu barədə President.az-a istinadən xəbər verir.

Fərmanda deyilir:

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 3.3-cü bəndi nəzərə alınmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.

2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs (bundan sonra - Agentlik) yaradılsın.

3. Müəyyən edilsin ki:

3.1. Agentlik Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərir;

3.2. Agentlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin (bundan sonra - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin (bundan sonra - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 3.3-cü və 3.4-cü bəndləri nəzərə alınmaqla) Agentliyə keçir;

3.3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçir;

3.4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra - Sosial Xidmətlər Agentliyi) keçir;

3.5. Agentliyin nizamnamə fondu bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır;

3.6. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 5 (beş) üzvdən - sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti yaradılır;

3.7. Agentliyin fəaliyyəti dövlət büdcəsinin, icbari tibbi sığorta fondunun vəsaiti və nizamnaməsində müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. idarəetmə orqanlarının yaradılması;

4.1.3. yenidən təşkil və ləğv edilməsi;

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

4.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:

4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

5.1.1. bu Fərmanın 1 - 3-cü hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;

5.1.2. Agentliyin nizamnaməsinin layihəsi, o cümlədən nizamnamə fondunun miqdarı;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Agentlik "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:

6.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu Fərmanın 7.1-ci bəndi nəzərə alınmaqla öz fəaliyyətini davam etdirsinlər;

6.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə olunması bu Fərmanın 7.1-ci bəndinə uyğun olaraq yaradılan komissiya tərəfindən həyata keçirilsin.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

7.1. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, həmin hissədə nəzərdə tutulan publik hüquqi şəxslərin təhvil-təslim işlərinin təşkili və Agentlik fəaliyyətə başlayanadək idarə edilməsi üçün rəhbəri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olmaqla komissiya yaradılmasını təmin etsin;

7.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin balansında olan əmlakın (bu Fərmanın 3.4-cü bəndi nəzərə alınmaqla) Agentliyin balansına verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;

7.3. bu Fərmanın 3.4-cü bəndinə uyğun olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsini üç ay müddətində təmin etsin;

7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin dövlət qeydiyyatına alınması ilə bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş zəruri tədbirləri həyata keçirsin;

7.5. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Paylaş

Xəbər lenti

Dünya Çempionatının ən bahalı milli komandaları - Türkiyə də siyahıdadır Bu gün, 17:48 Beş yaşlı Onurun faciəli ölümünün TƏFƏRRÜATI Bu gün, 17:48 Vaşinqton-Bakı xətti güclənir: iqtisadi dialoqdan sonra hansı layihələr gələcək? Bu gün, 17:48 AYNA vəkilə iki manat parklanma pulu ödəyəcək Bu gün, 17:48 ADRA sədrinə yeni müavin təyin edildi Bu gün, 17:48 ABŞ dövlət katibinin köməkçisi Bakıda Şəhidlər xiyabanını ziyarət edib Bu gün, 17:48 Nəsrin Cavazadənin yeni serialından rekord: 24 saatda 5 milyon dəfə izlənildi Bu gün, 17:48 Azərbaycan Mərkəzi Bankı pul çapını kəskin artırıb Bu gün, 17:48 SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir Bu gün, 17:48 Pezeşkianın istefası barədə xəbərlər niyə yayılır? Bu gün, 17:48 5 ilə qədər həbsi istənilən Acun Ilıcalının məhkəməsi oldu - Bəraət hökmü çıxarıldı Bu gün, 17:48 Gənc reper vəfat etdi - Ailəsi həkim səhlənkarlığı səbəbindən olduğunu deyir Bu gün, 17:48 Putin Rusiya vətəndaşlığı almaq istəyən xaricilərlə bağlı fərman verib Bu gün, 17:48 Rusiya indi də Ermənistandan badımcan almağı dayandırdı Bu gün, 17:48 Sabunçuda park ərazisində ağaclar kəsilib? – Araşdırmanın nəticəsi məlum oldu Bu gün, 17:48 Bakıda kişi sevgilisini döydü: "Qapını bağlayıb, qonşuya gedəcəyini dedi" Bu gün, 16:48 Fərid Ələsgərova Bakı Metropolitenində VƏZİFƏ VERİLDİ Bu gün, 16:48 MKA Azərbaycanda qanunsuz onlayn mərc oyunlarının qarşısını almaq üçün tədbirlər görəcək Bu gün, 16:48 Rəqsanə İsmayılova Mətanət İsgəndərlinin konsertini tərk etməli oldu - SƏBƏB Bu gün, 16:48 Pakistanı qum fırtınası vurdu: 4 ölü, 60 yaralı var Bu gün, 16:48 Sabirabad, Şirvan və Balakəndə qaz kəsiləcək Bu gün, 16:48 Azərbaycan Mərkəzi Bankının aktivləri 5 %-ə yaxın azalıb Bu gün, 16:48 Azərbaycan Mərkəzi Bankının mənfəəti cüzi artıb Bu gün, 16:48 Mundial başlayır - Türkiyənin oyunlarının GÜNÜ VƏ SAATI Bu gün, 16:48 Hər gecə saat 03:00-da oyanırsınız? - Səbəb bu 4 vərdiş ola bilər Bu gün, 16:48 Azərbaycan Ukrayna ilə enerji təhlükəsizliyini müzakirə edib Bu gün, 16:48 İqlim mütəxəssislərindən "El Nino" xəbərdarlığı: Avqustun sonuna qədər... Bu gün, 16:48 AMB yerli banklara və BOKT-lara kredit qoyuluşunu dayandırıb Bu gün, 16:48 Akın Akınözünün yeni serialı bəlli oldu Bu gün, 16:48 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır Bu gün, 15:48 Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış "ASAN xidmət"də veriləcək Bu gün, 15:48 Nazir rəislərin yerini dəyişdirdi Bu gün, 15:48 Günəşdə güclü M sinifli partlayış baş verib Bu gün, 15:48 Aysel Əlizadə konsertdə üzük tapdı Bu gün, 15:48 Polis küləkli hava ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ edib Bu gün, 15:48 Bərdənin 18 kəndi və iki qəsəbəsində qaz KƏSİLƏCƏK Bu gün, 15:48 "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırıb Bu gün, 15:48 Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə məcburi gətirilmə qərarı çıxarılıb Bu gün, 15:48 IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək Bu gün, 15:48 Müəllimlərin DİQQƏTİNƏ: Elektron sənəd qəbulu BAŞLAYIR Bu gün, 15:48 Ağız boşluğu xərçəngi "cavanlaşır" - Həkimdən xəbərdarlıq Bu gün, 15:48 Tarkanın pulsuz konsertinə rekord maraq: 300 000 adam növbəyə dayandı Bu gün, 15:48 BTQ vasitəsilə sərnişin daşınacaq? - RƏSMİ AÇIQLAMA Bu gün, 14:48 "Nar" "JestPlus" tətbiqi üzrə maarifləndirici görüş keçirdi Bu gün, 14:48 Türkiyə millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb Bu gün, 13:48 Kannavaro "Sabah"ın futbolçusunu Dünya çempionatına aparmadı Bu gün, 13:48 Ruslar kütləvi şəkildə gənə hücumuna məruz qalıblar Bu gün, 13:48 "Uzaq Şehir"in finalı hamını göz yaşlarına boğdu - 3 aktyor layihəni tərk etdi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR