
Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kürqarabucaq kəndində qeydə alınıb.
Kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Səidə Məmmədəli qızı yolu keçərkən avtomobil onu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.