
İsrail Müdafiə Qüvvələri Suriyanın cənub bölgəsində yerləşən hərbi obyektlərə hava zərbələri endirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı açıqlamaya istinadən məlumat verilib.
Bildirilib ki, əməliyyat Əs-Süveyda bölgəsində druz icmasına qarşı həyata keçirilən hücumlara cavab xarakteri daşıyır.
Açıqlamaya görə, zərbələr Suriya hökumət qüvvələrinə məxsus komanda-idarəetmə məntəqəsini və silah-sursat anbarlarını hədəf alıb.
İsrail tərəfi qeyd edib ki, ölkənin cənubunda baş verən proseslər diqqətlə izlənilir və bundan sonra atılacaq addımlar siyasi rəhbərliyin göstərişlərinə uyğun müəyyən ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.