
Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın bir ay ərzində Azərbaycana səfər edəcək.
BAKU.WS xəbər verir ki, bunu A.Vuçiç ölkənin Təhlükəsizlik Şurasının iclasından sonra report-un Balkan bürosunun sualını cavablandırarkən deyib.
O, bildirib ki, Serbiya Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə davam edəcək:
"Azərbaycanla əməkdaşlıqdan çox məmnunam. Yaxın bir ay ərzində Azərbaycana səfərim gözlənilir. Mən Prezident Əliyevə dostluq və yaxşı razılaşmalar üçün minnətdaram. Əməkdaşlığımızı daha da dərinləşdirəcəyik, sürətləndirəcəyik və genişləndirəcəyik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.