
ABŞ prezidenti Donald Trampın İranda hərbi əməliyyatlara son qoymaq niyyəti yoxdur.
AVESTA.AZ Gazeta.ru-ya istinadən xəbər verir ki, o, bunu Ağ Evdən Floridaya uçarkən jurnalistlərə bildirib.
"Mən atəşkəs istəmirəm", - deyə Amerika prezidenti aydınlıq gətirib.
O, İranın lideri qalmadığı və "heç kim orada lider olmaq istəmədiyi üçün münaqişənin həlli üçün diplomatik bir seçim görmədiyini vurğulayıb. Buna baxmayaraq, Tramp ABŞ-nin danışıqlara hazır olduğunu vurğulayıb.
Amerika prezidenti İranın ordusu və donanmasının, eləcə də onların radarlarının və hava hücumundan müdafiə sistemlərinin məhv edildiyini vurğulayıb.
Bundan əlavə, Tramp ABŞ-nin İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini vurğulayıb və Tehranın nüvə silahı olsaydı, onlardan istifadə edəcəyinə əminliyini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.