23-03-2026, 09:48 427

Xalq artisti Bəşir Səfəroğlunun vəfatından 57 il ötür

Bu gün Xalq artisti Bəşir Səfərovun (Səfəroğlu) anım günüdür. Onun vəfatından 57 il ötür.

Bəşir Səfəroğlu (Səfərov Bəşir Səfər oğlu) 1925-ci ildə Bakıda doğulub. Yeddinci sinifdən sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub.

On dörd yaşında ikən sürücülər klubunun dram dərnəyinə gedib. Birpərdəli məsxərələrin tamaşalarında kiçik rollarda oynayıb.

1941-ci ilin sonunda müharibəyə yollanan Bəşir 1942-ci ildə ağır döyüşlərin birində kontuziya alaraq ordudan tərxis edilib. Bu zaman onun dili tutulmuş, qulaqları isə ağır eşitməyə başlayıb. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib.

Rejissor Niyaz Şərifov ona müntəzəm olaraq teatr tamaşalarına gəlməyi məsləhət görür. O, tamaşalara baxmağa başlayır.

Bir müddət sonra isə gənc Bəşiri truppaya aktyor qəbul edirlər. Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirir.

Həyatının bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bu an möcüzə baş verir. Bəşir Səfəroğlunun dili açılır.

Həmin vaxtdan onun zəngin aktyorluq tarixçəsi başlayır. İlk əvvəl Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edir.

Bu gün adı dillər əzbəri olan görkəmli aktyorun səhnə yaradıcılığında Möhsün ("Beş manatlıq gəlin"), Qaradavoy və Çiko ("Keto və Kote"), Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad"), Uzun və Nəcəf ("Durna"), Qədir və Gülümsərov ("Ulduz"), Səlyanski və Qəhrəman ("Gözün aydın"), Ohan yüzbaşı və Hacı Qara ("Xəsis"), Kazbek ("Kəndimizin mahnısı"), Şulu, Muxtar bəy ("Əlli yaşında cavan" və "Evliykən subay"), Mir İsmayıl ("Qızıl axtaranlar"), Baləmi ("Rəisin arvadı"), Qiya ("Tiflis nəğməsi"), Əli Dinməzov ("Bir dəqiqə"), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti"), Qoçu ("Keçmişin məişət səhnələri"), Nadir və Azay ("Qızılgül"), Murtuzov, Dayandur, polis rəisi ("Özümüz bilərik", "Olmadı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu"), Firuzbala ("Altı qızın biri Pəri"), Səbrəli ("Bizə bircə xal lazımdır"), Əsgər Nəcəfoviç ("Ləpələr") və s. rollar xüsusi yer tutur.

Bəşir Səfəroğlu istedadlı kino aktyoru kimi də yaddaqalan obrazlar yaratmışdır. Onun "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rolları görkəmli aktyora ümumxalq məhəbbəti qazandırıb.

Yaşlı nəslin nümayəndələri ötən əsrin altmışıncı illərinin ortalarında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yaradılan "Gəlməli, görməli, gülməli" miniatür teatrının fəaliyyətini yaxşı xatırlayırlar. O zamanlar tamaşaçıların böyük rəğbətini qazanmış bu kollektivdə Bəşir Səfəroğlu bu gün də aktuallığını qoruyub saxlayan onlarla satirik obraz yaradıb.

Qısa, lakin mənalı ömür yaşamış unudulmaz gülüş ustasının parlaq yaradıcılığı layiqincə qiymətləndirilmişdir. Bəşir Səfəroğlu Azərbaycan Respublikasının Xalq Artistidir. Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkmişdir. Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır.

Sənətkar yaradıcılığının çiçəkləndiyi bir vaxtda yəni, 1969-cu ilin bu günü, martın 23-də vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR