
Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarının sabiq prezidentləri Fikret Orman və Burak Elmas narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalı xəbər yayıb.
Bildirilib ki, saxlanılma İstanbul Baş Prokurorluğu tərəfindən başladılan araşdırma çərçivəsində həyata keçirilib. Əməliyyat şəhər Polis İdarəsinin Narkotik Cinayətlər Şöbəsinin əməkdaşları tərəfindən aparılıb.
Məlumata əsasən, istintaq tədbirlərinin genişmiqyaslı olduğu qeyd olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.