
Ağ Ev rəhbəri Donald Tramp ABŞ-ın gələcək xarici siyasət prioritetləri ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, Kuba Vaşinqtonun növbəti strateji istiqamətlərindən biri ola bilər.
AVESTA.AZ xəbər verir ki, bu fikirlər Mayamidə keçirilən investisiya forumu zamanı səsləndirilib.
Tramp çıxışında ABŞ-nin hərbi gücünü artırdığını vurğulayaraq qeyd edib ki, bu gücdən istifadə etmək niyyətində olmasa da, bəzi hallarda belə addımlar qaçılmaz ola bilər.
O əlavə edib ki, Kuba məsələsi hazırda gündəmdədir, lakin mümkün addımların detalları barədə konkret məlumat verməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.