31-03-2026, 19:48 5

Güclü yağışlar və sel hansı ziyanları vurur? - VACİB AÇIQLAMA

İqlim dəyişikliklərinin nəqliyyat infrastrukturu üzərində yaratdığı risklər və çağırışlardaima müzakirə mövzusudur.

AVESTA.AZ-in məlumatına görə, iqlim dəyişiklikləri artıq gələcəyin deyil, bu günün problemidir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, xüsusilə nəqliyyat sektoru həm iqlim təsirlərinə həssasdır, həm də iqtisadi fəaliyyət üçün kritik əhəmiyyət daşıyır.

O qeyd edib ki, artan iqlim riskləri özünü müxtəlif formalarda göstərir:

"Belə ki, güclü yağışlar və sellər yolların və körpülərin zədələnməsinə səbəb olur, daşqınlar və sahil eroziyası liman və sahil infrastrukturu üçün təhlükə yaradır. Eyni zamanda, dağlıq bölgələrdə torpaq sürüşmələri riski artır, temperatur dəyişiklikləri isə asfalt və relslərin deformasiyasına gətirib çıxarır.

Problem artıq sistemli xarakter alıb. Bu isə logistika və təchizat zəncirlərində gecikmələrə, iqtisadi itkilərin artmasına və hərəkət təhlükəsizliyinin zəifləməsinə səbəb olur. Bu baxımdan, məsələnin planlaşdırma səviyyəsində həlli zəruridir".

Ekspert adaptasiya tədbirlərinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, risklərin xəritələşdirilməsi, o cümlədən sel və su basma zonalarının GIS vasitəsilə müəyyən edilməsi önəmlidir:

"Həmçinin iqlim və infrastruktur məlumatlarının ictimaiyyət üçün açıq olması vacibdir. Bununla yanaşı, dayanıqlı layihələndirmə prinsiplərinin tətbiqi də əsas şərtlərdən biridir. Yeni yollar və körpülər iqlim riskləri nəzərə alınaraq tikilməli, drenaj və qoruyucu sistemlər gücləndirilməlidir. Eyni zamanda, erkən xəbərdarlıq sistemləri və vətəndaşların məlumatlandırılması kimi böhran kommunikasiya mexanizmləri də inkişaf etdirilməlidir".

Rauf Ağamirzəyev Azərbaycanın bu baxımdan xüsusi risk zonasında olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, dağlıq ərazilərdə torpaq sürüşmələri, aran zonalarda sel və su basma, sahil bölgələrində isə su səviyyəsinin artması kimi risklər mövcuddur. Bu səbəbdən iqlim risklərinin düzgün qiymətləndirilməsi və infrastrukturun uyğunlaşdırılması strateji zərurət hesab olunur".

Sonda ekspert qeyd edib ki, iqlim dəyişiklikləri artıq nəqliyyat sektoruna təsir edən ən kritik faktorlardan birinə çevrilib və bu gün atılan adaptasiya addımları gələcəkdə daha dayanıqlı və təhlükəsiz infrastrukturun təmin olunmasına xidmət edəcək.

Məlumat üçün bildirək ki, bu yanaşmalar United Nations Economic Commission for Europe tərəfindən hazırlanmış "Climate Change Impacts and Adaptation for International Transport Networks" hesabatında da əksini tapıb.

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama Dünən, 23:48 Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir Dünən, 23:48 Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü Dünən, 23:48 Meloni: Ukraynaya dəstək bizim mənəvi borcumuzdur Dünən, 23:48 Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib Dünən, 23:48 Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur Dünən, 23:48 İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA Dünən, 23:48 Parisdə Azərbaycana aid sərgi təşkil olunub Dünən, 23:48 "Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər Dünən, 23:48 Levitt: ABŞ hələ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib Dünən, 23:48 Ukraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdılar Dünən, 23:48 Azərbaycanda gənc hərbi çağırış zamanı şok hadisə ilə üzləşdi Dünən, 23:48 İran Pakistandan başqa heç yerdə ABŞ ilə danışıqlar aparmaq istəmir Dünən, 23:48 DMM: Kahramanmaraş və Şanlıurfadakı insidentlərlə bağlı dezinformasiyalar yayılır Dünən, 23:48 Numan Kurtulmuş: BMT müharibələri dayandırmaq qabiliyyətini itirib Dünən, 23:48 Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək Dünən, 20:48 İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub Dünən, 20:48 Hər kəsin üzləşə biləcəyi problemlə bağlı cavib AÇIQLAMA Dünən, 20:48 Tehran Vaşinqtondan kompensasiya tələb etdi - Şərtlər AÇIQLANDI Dünən, 19:48 Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər Dünən, 19:48 Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər Dünən, 19:48 Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək Dünən, 19:48 Azercell-in dəstəyi ilə "StartHer Quba" layihəsinə start verildi Dünən, 19:48 Azərbaycanda bəzi şəxslərin MAAŞLARI ARTACAQ Dünən, 18:48 Könül Hüseynova: "İncəsənət təhsilində müasir metodların tətbiqi zəruridir" Dünən, 18:48 Asiyaya açılan investisiya pəncərəsi: ARDNF-nin Çin strategiyası genişlənir Dünən, 18:48 Bakı sakinlərinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah saat 10:00-dan etibarən... Dünən, 18:48 Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər Dünən, 18:48 Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək Dünən, 18:48 Politoloq: "Azərbaycan hər zaman milli maraqlarını qətiyyətlə qorumağa qadir ölkə olduğunu göstərir" Dünən, 17:49 Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi Dünən, 17:48 Alkoqolsuz pivənin faydaları ilə bağlı araşdırma açıqlanıb Dünən, 17:48 Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib Dünən, 17:48 Leandro Andrade: "Dünyanın ən yaxşılarına qarşı mübarizə aparmaq xüsusi hissdir" Dünən, 17:48 Azərbaycan yaxın 4 ildə işğaldan azad olunmuş ərazilərinə 13 milyard manat xərc çəkəcək Dünən, 17:48 Ölümə görə kompensasiya qalmaqalı: Şirkət niyə ödəniş etmir? Dünən, 17:48 Sabah Bakının bu hissələrində QAZ KƏSİLƏCƏK - Saat 10:00-dan... Dünən, 17:48 Türkiyədə məktəbdə silahlı insident törədən məktəblinin atası saxlanıldı - DETALLAR Dünən, 17:48 "Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb Dünən, 17:48 Məcnun Məmmədov: "Latviya ilə aqrar sahədə prioritet istiqamətlər üzrə razılıq əldə olunub" Dünən, 17:48 Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq xidmət etmək istəyənlərin NƏZƏRİNƏ - QƏBUL BAŞLADI Dünən, 17:48 Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub Dünən, 17:48 Paytaxtın bu ünvanına yeni svetoforlar quraşdırılıb Dünən, 17:48 Macarıstanda siyasi gərginlik: qalib partiyanın lideri prezidentin istefasını tələb etdi Dünən, 16:48 Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək Dünən, 16:48 "Referans"ın keçmiş direktoruna HÖKM OXUNDU Dünən, 16:48 Ceyson Stetem Antalyada istirahət edir Dünən, 16:48 Azərbaycanda yaxın 5 ildə manatın məzənnəsinin sabit qalacağı gözlənilir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR