
İran Silahlı Qüvvələri İsrailin Ben-Qurion hava limanında ABŞ-yə məxsus "E-3 Sentry" (AWACS) uzaqmənzilli radiolokasiya təyyarələrinin və yanacaq tankerlərinin yerləşdiyi yerə zərbələr endirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hücumların bu dalğasında iki min km uçuş məsafəsinə malik "Araş-2" pilotsuz uçuş aparatlarından istifadə edilib.
Qeyd olunur ki, zərbələr həmçinin ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən radiolokasiya aşkarlama obyektinə və radioelektron mübarizə vasitələrinə də endirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.