
Xətai rayonu, NZS qəsəbəsi ərazisindən keçən içməli su xəttində baş vermiş qəza müvafiq rayon sukanal idarəsinin əməkdaşları tərəfindən aradan qaldırılmaqdadır.
BAKU.WS xəbər verir ki, bu barədə ADSEA-dan məlumat verilib.
***11:05
Bakının Xətai rayonunda içməli su borusu partlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hazırda 8 Noyabr prospektində, Xəzər TV-nin yaxınlığında baş verən hadisə nəticəsində təzyiqli su küçəyə axır. Bu da həm piyadaların, həm də avtomobillərin hərəkətinə maneə törədir.
Ərazidən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.