4-04-2026, 12:48 85

Bu gün Xalq artisti Muxtar Maniyevin doğum günüdür

Xalq artisti Muxtar Maniyevin milli kinomuzun inkişafında müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları mərhum aktyora böyük tamaşaçı sevgisi qazandırıb. O, 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb.

AVESTA.AZ xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin tanınmış simalarından biri olan Muxtar Maniyevin anadan olmasının 89-cu ildönümü tamam olur.

Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 nömrəli məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsilin ardınca gedib.

Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.

"İnsan məskən salır" filmində (rej. A.Babayev) Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub. Hadisələr "Neft Daşları"nda cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olub. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanıb ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, biz onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi görünən obrazı çox şeylər danışır və M.Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir. Bir aktyor kimi M.Maniyevin konkret ampluası yox idi, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradıb. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir.

Muxtar Maniyev "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilib.

Xalq artisti Muxtar Maniyev 22 dekabr 2016-cı ildə vəfat edib.

Paylaş

Xəbər lenti

ABŞ-də benzin qiymətləri son 4 ilin maksimumuna çatıb Bu gün, 22:48 Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər Bu gün, 22:48 Ronaldu karyerasını başa çatdırmasından danışdı Bu gün, 22:48 Bakıda evinin kvadratı az olan vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR Bu gün, 22:48 Premyer Liqa: "Neftçi" "Qarabağ"ı məğlub edib, "Sabah" çempionluğunu rəsmiləşdirib Bu gün, 22:48 Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır Bu gün, 22:48 Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya... Bu gün, 22:48 Saar "Sumud" donanması gəmilərinin saxlanılması barədə: Qəzzanın dəniz blokadasının yarılmasına imkan verməyəcəyik Bu gün, 21:48 Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? - VACİB AÇIQLAMA Bu gün, 21:48 Maliyyə Nazirliyində AYİB ilə əməkdaşlığın perspektivləri müzakirə olunub Bu gün, 21:48 Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq Bu gün, 21:48 Dizel mühərrikli avtomobillər qadağan edilir? Bu gün, 21:48 "Neftçi" Vensan Abubakarla yolları niyə ayırmaq istəyir? Bu gün, 20:48 Türkiyə XİN: "Qlobal Sumud Donanması"na hücum dəniz quldurluğu aktıdır Bu gün, 20:48 Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR Bu gün, 20:48 Ermənistan məhkəməsi Samvel Karapetyan barəsində ev dustaqlığını qüvvədə saxlayıb Bu gün, 20:48 Dağıstan rəhbəri Sergey Melikov vəzifəsini tərk edir Bu gün, 20:48 Media nümayəndələri üçün "WUF13 Media Kit" hazırlanıb Bu gün, 20:48 "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir Bu gün, 19:48 Balakən sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 Tramp yenidən Mertsi tənqid edib: O, tamamilə faydasız oldu Bu gün, 19:48 Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb Bu gün, 19:48 Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır Bu gün, 18:48 Bu qida allergiya riskini azaldır Bu gün, 18:48 Sumqayıt sakinlərinin NƏZƏRİNƏ - Sabah gün ərzində... Bu gün, 18:48 "Quşçuluq biznesi"ndə tanışlarına kələk gələn şəxsə hökm oxundu Bu gün, 18:48 Bu rayonda 1, 2 və 3 otaqlı mənzillər pulsuz veriləcək Bu gün, 18:48 Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq Bu gün, 18:48 Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı Bu gün, 18:48 "Prezident Kuboku 2026": İkinci yarış gününün qalibləri mükafatlandırılıb Bu gün, 17:48 Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü Bu gün, 17:48 Əməkdar artistin səhhətində problem yaranıb: "İnsult keçirdim, 2 dəfə onurğadan əməliyyat olundum" Bu gün, 17:48 Çörək bahalaşacaq? - Agentlik RƏSMƏN açıqladı Bu gün, 17:48 Polisin saxladığı makler 4 aylıq - Həbs edildi Bu gün, 17:48 Şarliz Teronun radikal qərarı hamını təəccübləndirdi Bu gün, 17:48 Küçə rəssamı Benksinin imzası olan heykəl tapıldı Bu gün, 17:48 Karyerasını tez bitirən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI Bu gün, 17:48 Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım" Bu gün, 17:48 Övladlığa götürülən və himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI Bu gün, 16:49 AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olundu Bu gün, 16:49 Qətnamə böhranı: Ermənistan mövzusu Avroparlamenti necə tərəf edir? Bu gün, 16:48 Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin vəziyyəti ağırdır Bu gün, 16:48 Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb Bu gün, 16:48 Diplom tanıtmaq, ucuz mənzil vədi ilə 400 minlik dələduzluq - Nazirliyin sabiq ekspertinin məhkəməsi Bu gün, 16:48 Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı Bu gün, 16:48 Məşhur müğənninin adı bu səbəbdən Çelik olub Bu gün, 16:48 Məşhur brendin 800 dollarlıq yeni ayaqqabıları LAĞA QOYULDU Bu gün, 16:48 Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR