
BƏƏ Ukraynaya 2500-ə yaxın generator göndərəcək.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə WAM agentliyi məlumat yayıb.
Bildirilib ki, humanitar yardıma hər birinin gücü 3,5 ilə 8 kilovat arasında dəyişən benzin generatorları da daxildir.
Qeyd edilib ki, bu dəstək BƏƏ-nin Ukraynaya ayırdığı 100 milyon dollarlıq humanitar yardımın bir hissəsidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.