6-04-2026, 13:48 50

Azərbaycanın mədəniyyət siyasətində yeni mərhələ başlayır

Azərbaycan Respublikasında mədəni siyasətin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası ölkəmizin ideoloji, sosial və intellektual gələcəyinə yönəlmiş mühüm strateji sənəddir. Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş bu Konsepsiya mədəniyyət anlayışını yalnız incəsənət və irs çərçivəsində deyil, daha geniş – cəmiyyətin davranış modeli, düşüncə sistemi və bilgi mədəniyyəti kimi çoxşaxəli bir strukturda təqdim edir.

AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu sənədin əhəmiyyəti ondadır ki, o, mədəniyyəti passiv qorunan miras kimi deyil, aktiv şəkildə formalaşdırılan və idarə olunan milli resurs kimi müəyyənləşdirir. Konsepsiya Azərbaycan cəmiyyətinin qlobal dəyişikliklər fonunda öz kimliyini qorumaqla yanaşı, müasir dünyaya inteqrasiya imkanlarını da genişləndirməyi hədəfləyir. Burada əsas məqsəd milli-mənəvi dəyərlərlə müasir elmi, texnoloji və sosial yanaşmalar arasında balans yaratmaqdır.

Konsepsiyada xüsusi vurğulanan istiqamətlərdən biri davranış və bilgi mədəniyyətidir. Sənədin icrasının birinci mərhələsində məhz bu sahələri əhatə edən ayrıca dövlət proqramının qəbul olunmasının nəzərdə tutulması təsadüfi deyil. Bu, dövlətin mədəni inkişafı yalnız struktur və infrastruktur səviyyəsində deyil, insan faktorunun keyfiyyət dəyişimi üzərindən qurmaq istədiyini göstərir. Diqqət etdikdə görürük ki, davranış mədəniyyəti fərdin milli-mənəvi dəyərlərə əsaslanaraq digər insanlarla, sosial qruplarla və ümumilikdə cəmiyyətlə qurduğu münasibətlərin məcmusudur. Bu anlayış təkcə etik normalarla məhdudlaşmır, o, ünsiyyət bacarıqlarını, qərarvermə prosesini, fikir ayrılığına münasibəti, etimad qurma qabiliyyətini və hətta zaman anlayışını da əhatə edir. Konsepsiyada bu sahə üzrə irəli sürülən tədbirlər, xüsusilə çoxmeyarlı davranış modelinin hazırlanması Azərbaycan cəmiyyətinin həm daxili, həm də beynəlxalq kommunikasiya qabiliyyətini gücləndirməyə yönəlib.

Konsepsiyanın ən diqqətçəkən və innovativ tərəfi isə "bilgi mədəniyyəti" anlayışının irəli sürülməsidir. Bu termin Azərbaycan mədəni diskursu üçün yeni olmaqla yanaşı, əslində qlobal çağırışlara verilən strateji cavabdır. Bilgi mədəniyyəti – elmin, təhsilin və maarifləndirmənin milli dəyərlər üzərində qurulması ilə yanaşı, fərdlərin və cəmiyyətin gündəlik həyatında informasiyadan düzgün, məqsədyönlü və etik istifadəni təmin edən yanaşmalar sistemidir. Bu, sadəcə bilik əldə etmək deyil, biliklə davranmaq, onu dəyərləndirmək və tətbiq etmək mədəniyyətidir.

Müasir dövrdə informasiya bolluğu şəraitində əsas problem bilginin çatışmazlığı deyil, onun keyfiyyətli seçimi, təhlili və istifadəsidir. Bu baxımdan bilgi mədəniyyəti dezinformasiyaya qarşı immunitet yaradır, tənqidi və analitik düşüncəni inkişaf etdirir, qərarvermə proseslərini daha da rasionallaşdırır, cəmiyyətin intellektual səviyyəsini yüksəldir. Konsepsiyada bu sahənin funksionallığının artırılması üçün qurumlararası koordinasiyanın vacibliyi xüsusi qeyd olunur. Bu isə onu göstərir ki, bilgi mədəniyyəti bütün dövlət və ictimai institutların ortaq fəaliyyət sahəsi kimi nəzərdə tutulur. Bilgi mədəniyyətinin yeni anlayış kimi tətbiqi müəyyən riskləri də ehtiva edir. Sənəddə qeyd olunduğu kimi, bu sahədə mütəxəssislərin və araşdırmaların məhdudluğu əsas problemlərdən biridir. Bu baxımdan xarici təcrübənin cəlb olunması və elmi tədqiqatların genişləndirilməsi zəruri sayılır. Lakin bu çətinliklər eyni zamanda yeni imkanlar yaradır.

Azərbaycan özünəməxsus bilgi mədəniyyəti modelini formalaşdırmaqla regionda və daha geniş coğrafiyada intellektual mərkəzə çevrilə bilər. Ona görə də "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası mahiyyət etibarilə mədəniyyətin yenidən tərifi və strukturlaşdırılması prosesidir. Bu sənəd göstərir ki, müasir dövrdə mədəniyyət yalnız keçmişin qorunması deyil, gələcəyin qurulmasıdır.

Davranış mədəniyyəti cəmiyyətin sosial harmoniyasını təmin edirsə, bilgi mədəniyyəti onun intellektual gücünü formalaşdırır. Xüsusilə bilgi mədəniyyətinin yeni istiqamət kimi önə çəkilməsi Azərbaycanın mədəniyyət siyasətində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir.

Bütün bunlar da göstərir ki, Azərbaycan gələcəyə yalnız mədəni irsi ilə deyil, həm də müasir düşüncə modeli və bilgi istehsalı ilə gedir.

Paylaş

Xəbər lenti

Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək Bu gün, 20:48 İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub Bu gün, 20:48 Hər kəsin üzləşə biləcəyi problemlə bağlı cavib AÇIQLAMA Bu gün, 20:48 Tehran Vaşinqtondan kompensasiya tələb etdi - Şərtlər AÇIQLANDI Bu gün, 19:48 Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər Bu gün, 19:48 Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər Bu gün, 19:48 Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək Bu gün, 19:48 Azercell-in dəstəyi ilə "StartHer Quba" layihəsinə start verildi Bu gün, 19:48 Azərbaycanda bəzi şəxslərin MAAŞLARI ARTACAQ Bu gün, 18:48 Könül Hüseynova: "İncəsənət təhsilində müasir metodların tətbiqi zəruridir" Bu gün, 18:48 Asiyaya açılan investisiya pəncərəsi: ARDNF-nin Çin strategiyası genişlənir Bu gün, 18:48 Bakı sakinlərinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah saat 10:00-dan etibarən... Bu gün, 18:48 Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər Bu gün, 18:48 Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək Bu gün, 18:48 Politoloq: "Azərbaycan hər zaman milli maraqlarını qətiyyətlə qorumağa qadir ölkə olduğunu göstərir" Bu gün, 17:49 Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi Bu gün, 17:48 Alkoqolsuz pivənin faydaları ilə bağlı araşdırma açıqlanıb Bu gün, 17:48 Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib Bu gün, 17:48 Leandro Andrade: "Dünyanın ən yaxşılarına qarşı mübarizə aparmaq xüsusi hissdir" Bu gün, 17:48 Azərbaycan yaxın 4 ildə işğaldan azad olunmuş ərazilərinə 13 milyard manat xərc çəkəcək Bu gün, 17:48 Ölümə görə kompensasiya qalmaqalı: Şirkət niyə ödəniş etmir? Bu gün, 17:48 Sabah Bakının bu hissələrində QAZ KƏSİLƏCƏK - Saat 10:00-dan... Bu gün, 17:48 Türkiyədə məktəbdə silahlı insident törədən məktəblinin atası saxlanıldı - DETALLAR Bu gün, 17:48 "Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb Bu gün, 17:48 Məcnun Məmmədov: "Latviya ilə aqrar sahədə prioritet istiqamətlər üzrə razılıq əldə olunub" Bu gün, 17:48 Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq xidmət etmək istəyənlərin NƏZƏRİNƏ - QƏBUL BAŞLADI Bu gün, 17:48 Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub Bu gün, 17:48 Paytaxtın bu ünvanına yeni svetoforlar quraşdırılıb Bu gün, 17:48 Macarıstanda siyasi gərginlik: qalib partiyanın lideri prezidentin istefasını tələb etdi Bu gün, 16:48 Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək Bu gün, 16:48 "Referans"ın keçmiş direktoruna HÖKM OXUNDU Bu gün, 16:48 Ceyson Stetem Antalyada istirahət edir Bu gün, 16:48 Azərbaycanda yaxın 5 ildə manatın məzənnəsinin sabit qalacağı gözlənilir Bu gün, 16:48 Bakının mərkəzində baş verən yanğın söndürülüb Bu gün, 16:48 28 yaşlı şəxs işlədiyi mağazada öldü Bu gün, 15:48 Məşhur aktyorun qumar borcunu həyat yoldaşı ödəyib Bu gün, 15:48 Elçin Əmirbəyov Çexiya rəsmiləri ilə görüşlərdə Ermənistanla normallaşma prosesindən danışıb Bu gün, 15:48 Şəkidə 1000-dən çox abonentin qazı kəsiləcək Bu gün, 15:48 İran gəmiləri ABŞ mühasirəsi fonunda Hörmüz boğazından keçib Bu gün, 15:48 "City Garden Narimanov"da hazır mənzillər satışda - "Kristal!" Bu gün, 15:48 Bakının mərkəzində yanğın BAŞLAYIB Bu gün, 15:48 Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Bu gün, 15:48 AYNA: "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir Bu gün, 15:48 Azərbaycan pilotları beynəlxalq axtarış-xilasetmə təlimində tapşırıqları uğurla icra edib Bu gün, 15:48 Paşinyan: Azərbaycandan yanacaq idxal etməklə on milyardlarla vəsaitə qənaət etmişik Bu gün, 15:48 Türkiyənin daha bir məktəbində silahlı insident - 4 nəfər ölüb, 20 nəfər yaralanıb Bu gün, 15:48 Şuşa İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşa bilər Bu gün, 14:48 Prezident Kitabxanasında "Zərifə Əliyeva" adlı çoxdilli virtual kitab sərgisi hazırlanıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR